81
yuxarı hissələrinin bəzəyi isə çox fərqlidir. Burada çəhrayı, yaşıl rənglərlə işlənmiş güllər və
bu gülləri bir-birinə bağlayan qəhvəyi, sarı rəngli budaqlar və yarpaqlar təsvir edilmişdir.
Haşiyə zolaqları bir-birindən ağ, qırmızı, göy, sürməyi, qəhvəyi rəngli “su”larla ayrılır.
Xalçanın ana haşiyəsini xaricdən “siçandişi” adlandırılan sarı, qəhvəyi rənglərlə işlənmiş
haşiyə bəzəyi əhatə edir.
Xalçanı dörd tərəfdən əhatə edən sarı, çəhrayı və göy rəngli zəncirələr ölçülərinə və qu-
ruluşuna görə müxtəlifdir. Sağ və sol hissələrdəki zəncirələrdə qırmızı rəngli kiçik ölçülü
xaçvari elementlər təsvir edilmişdir. Aşağı və yuxarı hissələrdəki zəncirələr isə həm sadədir,
həm də ölçüsünə görə sağ və sol hissədəki zəncirələrdən nisbətən kiçikdir.
Qaşqayların həyat tərzinə uyğun olaraq onların toxuduqları xalçalar kiçik ölçülü olardı.
Təkcə yun iplərdən toxunan bu xalçalar yüngül olduqlarına görə, bir yerdən digər yerə rahat
daşınar, alaçıq məişəti üçün əlverişli olardı. Yer dəzgahında toxunduğu üçün bu tip xalçala-
rın sıxlığı az olardı. Qaşqayların toxuculuq alətləri ölçüsünə və formasına görə də fərqlənirdi.
Toxuma texnologiyasında da özünəməxsus cəhətləri var idi. Pambıqdan çox nadir hallarda
istifadə edən qaşqayların toxuduqları xalçanın xovu hündür olmazdı. Bu xalça da bütün qaş-
qay xalçaları kimi şux rənglidir, arğacı qırmızı iplərdən hazırlanıb. Xalçanın aşağı və yuxarı
hissəsində boz rəngli saçaqlar vardır.
Xalçada həm kontrast, həm də sakit rənglərin ahəngdar şəkildə bir-birinə uyğunlaşdırıl-
ması yüksək peşəkarlıqla həll edilmişdir. Ağ, qırmızı, sürməyi və mavi rənglərin üstünlüyü
xalçaya xüsusi gözəllik verir.
Xalçanın saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir. Xalçanın
xovu, əriş və arğacı yundur.
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84,85,86,87,88,89,90,91,...362