89
Medalyonun yuxarı və aşağı hissələrində şaquli istiqamətdə
“kətəbə”lər təsvir edilmişdir. Kətəbələrin içərisində şaquli
istiqamətdə dörd xaçvari element vardır. Kətəbələri stilizə
edilmiş nəbati elementlər əhatə edir. Kətəbələrin ardın-
ca bənövşəyi rəngli onikiləçəkli gül, içərisində yarpaq və
“qazayağı” elementi ilə bəzədilmiş şəkəri yerlikli, orta öl-
çülü kətəbə və sürməyi, şəkəri, açıq-qəhvəyi, yaşıl, qırmızı
rənglərlə işlənmiş nəbati elementlər təsvir edilib.
Ara sahənin sağ və solunda ağ, şəkəri, göy, qırmızı,
bənövşəyi rənglərlə işlənmiş nəbati elementlər, “ağac”
motivləri yerləşdirilmişdir.
Xalçanın künclərində içərisi ağ, şəkəri, qəhvəyi, qırmı-
zı, göy, mavi rəngli gül-çiçək, yarpaq, “qazayağı”, buta və
həndəsi ləçəkli güllərlə bəzədilmiş bənövşəyi rəngli böyük
ölçülü medalyonun dörddə bir hissəsi təsvir olunub. Hər bir
küncdəki yarımçıq medalyonun qollarında “kətəbə”lər və
gülabdana bənzər məişət əşyası vardır.
Ağ yerlikli ana haşiyə qəhvəyi, qırmızı, sürməyi, yaşıl, sarı
rəngli “anagül”, dördləçəkli və altıləçəkli güllərlə, “qazaya-
ğı”, yarpaq və budaq təsvirləri ilə bəzədilmişdir.
Bala haşiyələr isə qırmızı yerlikli olub, həndəsi və nəbati
elementlərlə zənginləşdirilmişdir. Hər bir haşiyə zolağı ara-
sında “su”lar işlənmişdir. Haşiyə zolağına şəkəri və göy
rəngli zəncirələr xüsusi gözəllik verir.
Kübar evlər və saraylar üçün nəzərdə tutulan bu tip xal-
çalar ümumi dekorla uzlaşsın deyə, əsasən, sönük tonlarla
toxunurdu. Belə xalçaların slxlığı az olduğu üçün ayaq al-
tına salındıqda tez sıradan çıxır. 15 kv.m-ə yaxın sahəsi
olan xalçanın toxunuşunda ancaq yundan istifadə olunub.
Sakit və nisbətən şux rənglərin uyğunlaşdırılması yüksək
peşəkarlıqla həll edilib. Əsas rəng kimi qırmızı, bənövşəyi,
şəkəri rənglərdən, kompozisiyanın daha da dolğun alınma-
sında isə digər köməkçi rənglərdən istifadə edilmişdir.
Xalçanın saxlanma vəziyyəti əladır. Tarixi, bədii, elmi
əhəmiyyətə malikdir.
Xalçanın xovu, əriş və arğacı yundur.
1...,79,80,81,82,83,84,85,86,87,88 90,91,92,93,94,95,96,97,98,99,...362