85
Ara sahənin sağ, sol, yuxarı və aşağı hissələri yarımçıq formalı
rombşəkilli elementlərlə əhatə olunub. Bu elementlər müxtəlif
rənglərlə tərtib olunmuşdur. Bu elementlərin rəng tərtibatında
tünd və açıq-qəhvəyi, yaşıl, qırmızı, mavi, qara, ağ, sürməyi,
sarı, mavi rənglərdən istifadə edilmişdir.
Kilimin ana haşiyəsi ağ və sürməyi rəngli “mollabaşı”
motivlərinə bənzər, kənarları pilləli elementlərlə tərtib edilmiş-
dir. Bu elementlərə Quba qrupuna daxil olan “Çiçi” xalçaların-
da da təsadüf edilir. Gəncə və Qazaxın toxucuları bu elementlə­
ri “çömçə” adlandırırlar. Bu elementlər, əsasən, mədaxillərlə
işlənir. Ana haşiyəni xaricdən yaşıl-qırmızı, daxildən isə açıq-
qəhvəyi və mavi rəngli, kənarları pilləli ziqzaqvari elementlər
əhatə edir.
Kilimin yuxarı və aşağı haşiyəsində qırmızı, qəhvəyi, yaşıl
rəngli “su”lar təsvir edilmişdir. “Su”ların arasında ağ-göy rəngli
dördbucaqlı elementlərlə bəzədilmiş zolaqlar işlənib. Bu zolaq-
lar “zili” xovsuz xalçalarının naxış tərtibatında tətbiq edilir.
Zərif yundan toxunmuş bu kilimdə sarı rəngdən daha
çox istifadə edilib. Ümumiyyətlə, qaşqayların xalça və xalça
məmulatları öz rəngarəngliyi ilə seçilib, diqqəti cəlb edir. Qaş-
qayların xalçaları məhz bu xüsusiyyətinə görə dünya miqyasın-
da tanınır və yüksək qiymətləndirilir.
Kilimin zəngin rəng tərtibatı vardır. İstifadə edilən bütün
rənglər böyük ustalıqla paylaşdırılmışdır. Ara sahənin sarı
rəngli yerliyi müxtəlif rənglərlə tərtib olunmuş rombların daha
da cəlbedici və aydın nəzərə çarpmasına şərait yaratmışdır.
Kilimin haşiyə hissəsində yaşıl, sürməyi, qırmızı, ağ, mavi,
açıq-qəhvəyi rənglərdən istifadə olunmuşdur. Ana haşiyədə
işlədilən ağ, sürməyi rənglər xalçanın ümumi görünüşünü can-
landırır.
Kilimin aşağı və yuxarı hissəsində şəkəri rəngli saçaqlar vardır.
Kilimin əriş və arğacı yundur. Saxlanma vəziyyəti əladır. Tari-
xi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,75,76,77,78,79,80,81,82,83,84 86,87,88,89,90,91,92,93,94,95,...362