92
Bu kilim də qaşqay mədəniyyətinə aiddir. Bayram əhvali-
ruhiyyəsi yaradan kilimin üzərində damğalar, rombşəkilli,
həndəsi elementlər həkk olunub. Bu kilimin də, qaşqay xal-
çalarının xarakterik xüsusiyyətinə uyğun olaraq, baş tərəf­
lərində iki cərgə xüsusi naxış toxunub. Kilimin bir başında iki,
digər başında isə üç cərgə naxış var. Burada istifadə olunan
naxışlara digər bölgələrdə toxunan xalçalarda da rast gəlinir.
Kilimin üzərindəki damğaların, rombşəkilli elementlərin
müxtəlif tayfaların və ya bir nəslin müxtəlif ailələrinin rəmzi,
nişanəsi olduğunu güman etmək olar. Çərçivələrin içərisində
təsvir olunan rombşəkilli elementlər, damğalar təkrarlansa
da, rənginə və hansısa bir elementə görə fərqlənir.
Kilimin bədii quruluşu ara sahədən və haşiyə hissəsindən
ibarətdir.
Sürməyi yerlikli ara sahə qarmaqlı və qarmaqsız “dam-
ğa” elementləri ilə şaquli istiqamətdə iki hissəyə, üfüqi
istiqamətdə isə dörd hissəyə bölünmüşdür. Hər iki hissədə
şaquli istiqamətdə iki qırmızı və iki sarı rəngli dördbucaqlı
elementlər yerləşdirilmişdir. Dördbucaqlıların içərisi romb-
vari, xaçvari, dilikli və “kilimgülü” elementləri ilə biri aşırı
dəyişdirilərək təsvir edilmişdir. Dördbucaqlıların içərisi dam-
ğa elementləri ilə zənginləşdirilmişdir. Rombvari elementlər
ağ, mavi, qəhvəyi, çəhrayı, sarı, sürməyi; dilikli “kilimgülü”
elementləri isə ağ, çəhrayı, mavi, qırmızı, sarı, qəhvəyi rəng­
lərlə tərtib edilmişdir.
1...,82,83,84,85,86,87,88,89,90,91 93,94,95,96,97,98,99,100,101,102,...362