80
Xalça Qaşqayların bir boyu olan Kəşküllər tərəfindən toxunmuşdur. Bu xalça modelinə, naxışlarına
görə Şirvanın, Ağsu rayonunun Pirhəsənli və Qubanın dağ kəndlərində toxunan xalçaları xatırladır.
Texnologiyasına və rəng həllinə görə isə Qazaxda, Qarabağda və Goranboyun Faxralı kəndində to-
xunan xalçalarla oxşarlıq təşkil edir. Haşiyələrindəki tirməsayağı elementlərə Bakı xalçalarında da
rast gəlmək olar.
Xalça “Ləçək-turunc“ kompozisiyası əsasında toxunmuşdur. Xalçanın bədii quruluşu ara sahədən
və haşiyələrdən ibarətdir.
Xalçanın ara sahəsinin yerliyi ağ və qırmızı rənglərlə tərtib edilmişdir. Ağ yerlikdə sürməyi rəngli,
böyük ölçülü, kənarları dilikli göl yerləşdirilmişdir. Gölün içərisi müxtəlif formalı stilizə edilmiş gül-
çiçək və yarpaqlarla bəzədilib. Mərkəzdə çəhrayı, qırmızı, göy, yaşıl, sürməyi, sarı rəngli stilizə edil-
miş “anagül” elementi təsvir edilmişdir. Gülün dörd tərəfini mavi, sarı, şəkəri, çəhrayı, ağ, qırmızı
rənglərlə işlənmiş, nisbətən kiçik ölçülü stilizə edilmiş güllər bəzəyir.
Sürməyi yerlikli gölün aşağı və yuxarı hissələrində qırmızı, yaşıl, sarı, ağ, göy rəngli uzunsov for-
malı, nisbətən kiçik ölçülü gül yerləşdirilmişdir. Qalan boşluqlar isə müxtəlif ölçülü stilizə edilmiş
gül və yarpaqlarla doldurulmuşdur. Nəbati elementlərlə yanaşı, gölün içərisində müxtəlif ölçülü,
həndəsi formalı ləçəkləri olan güllər təsvir edilmişdir.
Gölün aşağı və yuxarı hissələrində göy, sürməyi, ağ, sarı və qırmızı rəngli “qübbə” yerləşdirilmişdir.
“Qübbə”dən xalçaçılar, adətən, kompozisiyanın bağlayıcı elementi kimi istifadə edirlər.
Ağ yerlikli ara sahə isə sürməyi, mavi, yaşıl, sarı, ağ, qırmızı, çəhrayı rəngli stilizə edilmiş nəbati
elementlərlə və həndəsi formalı güllərlə bəzədilmişdir. Ağ yerlikli ara sahənin sağ və sol hissələrində
sürməyi rəngli “ağac” motivləri təsvir edilmişdir. Ağac motivlərindən aşağıda qırmızı, sürməyi və
yaşıl rənglərlə işlənmiş kiçik elementlər dibçəkdəki gülü xatırladır.
Ara sahənin qırmızı yerliyi mavi rəngli dalğavari xətlər, yaşıl, sarı, qəhvəyi, ağ rəngli həndəsi və
nəbati elementlərlə bəzədilmişdir. Aşağı hissədəki “bulud” adlı dalğavari xətlər xaricdən sürməyi
rənglə, yuxarı hissədə isə çəhrayı rənglə əhatə olunmuşdur. Bu elementlərə Qarabağ qrupunun
“Bəhmənli” xalçalarında da rast gəlinir.
Xalçanın mavi yerlikli ana haşiyəsində sarı, ağ, yaşıl, sürməyi, qırmızı, çəhrayı rəngli nəbati və
həndəsi elementlər təsvir edilmişdir. Ana haşiyənin bəzəyi sağ və sol, yuxarı və aşağı hissələrdə
eynidir. Ana haşiyənin sağ və sol hissələrində həndəsi formalı üçləçəkli yarımçıq gül təsvirləri veril-
mişdir.
Ana haşiyəni hər iki tərəfdən bala haşiyələr əhatə edir. Bala haşiyələrin bəzəyini kənarları dilikli
rombşəkilli və üçbucaqlı elementlər təşkil edir. Bala haşiyələrin sağ və sol, aşağı və yuxarı hissələrinin
forması eynidir.
Sağ və sol bala haşiyələrin bəzəyini təşkil edən rombvari və üçbucaqlı elementlər şaquli istiqamətdə,
aşağı hissədəki bala haşiyələrdə isə eyni elementlər üfüqi istiqamətdə düzülmüşdür. Bala haşiyələrin
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...362