76
Xalça türk-qaşqay tayfaları tərəfindən toxunub. Texnologiyasına, rəng çalarlarına görə Azərbaycanın Qarabağ, Qazax,
İrəvan, qismən də Gəncə xalçaları ilə uyğunluq təşkil edir.
Xalça rəssam çeşnisi əsasında deyil, toxucunun qədim xalça naxışlarından bəhrələnən təxəyyülü əsasında toxunub.
Xalça “Ləçək-turunc“ kompozisiyası əsasında toxunmuşdur. Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Ara sahə ağ və zoğalı rənglə tərtib edilmişdir. Ara sahənin ağ yerliyində sürməyi rəngli böyük ölçülü rombvari göl
yerləşdirilmişdir. Gölün daxili hissəsi stilizə olunmuş gül-çiçək və yarpaq elementləri ilə zənginləşdirilmişdir. Mərkəzdə zo-
ğalı, göy, sarı, qəhvəyi rəngli onaltıləçəkli gül təsvirləri vardır. Gülün sağ və sol hissəsi göy, sarı, zoğalı, ağ, sürməyi rəngli,
ağ saplaqlı güllər, aşağı və yuxarı hissələri isə göy, sarı, ağ, zoğalı rəngli dördləçəkli güllərlə bəzədilmişdir. Bu güllərə biti-
şik olaraq nisbətən uzunsov formalı göy, sarı, ağ, zoğalı rəngli stilizə edilmiş gül təsviri verilmişdir. Sürməyi yerlikli gölün
qalan boş sahələri müxtəlif ölçülü ağ, sürməyi, göy, mavi, zoğalı rəngli doldurucu elementlərlə bəzədilmişdir. Medalyonun
daxilində aşağı və yuxarı hissələrdə ağ, zoğalı, sarı rəngli “buta”yabənzər dörd element vardır.
Sürməyi yerlikli gölün aşağı və yuxarı hissələrində göy, sürməyi, ağ, sarı və qırmızı rəngli “qübbə” yerləşdirilmişdir.
Kompozisiyanın bağlayıcı elementi kimi istifadə edilən bu elementlər əksər xalçalarda tərtib edilir.
Ara sahənin ağ yerliyi sarı, zoğalı, mavi, göy, sürməyi rəngli dörd, səkkiz, onikiləçəkli gül, yarpaq və budaqlarla bə­
zədilmişdir. Aşağı hissədə “qübbə”nin sağ və solunda narabənzər element təsvir edilmişdir. Gölün sağ, sol və ağ yerliyində
sağ, sol hissələrində sürməyi, göy, mavi, zoğalı, qəhvəyi, sarı rəngli “qaragöz” adlandırılan elementlər və “siçandişi”lər
təsvir edilmişdir.
Ara sahənin zoğalı yerliyi yaşıl, sarı, qəhvəyi, ağ rəngli həndəsi və nəbati elementlərlə bəzədilib. Aşağı hissədəki göy və
sarı rəngli “bulud” adlandırılan dalğavari xətlərə Qarabağ qrupunun “Bəhmənli” xalçalarında da rast gəlinir.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...362