77
Xalçanın haşiyə bəzəyi həndəsi elementlərlə zəngindir. Zoğalı yerlikli ana haşiyədə sarı, ağ, göy, sürməyi, qəhvəyi, yaşıl
rəngli müxtəlif formalı dördbucaqlılardan ibarət naxış düzümü yaradılmışdır.
Ağ yerlikli haşiyədə sarı, ağ, göy, sürməyi, qəhvəyi, yaşıl rəngli bir-birinə zəncirvari formada birləşdirilmiş həndəsi
elementlər təsvir edilmişdir.
Xalçanın bala haşiyəsi sağ və solda zoğalı, aşağı və yuxarı hissələrdə isə ağ yerliklidir. Bala haşiyələrdə üçbucaqlar və
ulduzabənzər elementlər işlənmişdir.
Haşiyələri bir-birindən sarı, qəhvəyi, şəkəri rəngli “siçandişi” və “su”lar ayırır.
Bu tip xalçalarda yeddi rəngin bütün çalarlarından istifadə edilir və belə xalçalar rənglərinin şuxluğu ilə seçilir. Bu xalça-
nın maraqlı cəhətlərindən biri də onun arğacının qırmızı rəngə boyanmış yun ipdən hazırlanmasıdır. Xalçanın kənar dola-
malarının xüsusi rənglə toxunması da diqqəti cəlb edir. Bu xüsusiyyətlərinə görə belə xalçaları “Qaşqay Şiraz” xalçaları da
adlandırırlar.
Xalçanın rəng seçimində kontrast rənglərdən istifadə olunması ona canlı görünüş gətirmişdir. Əsas gözəçarpan rənglər
zoğalı, sürməyi və ağ rənglərdir. Qalan rənglər isə bərabər ölçüdə işlədilmişdir. Mavi, sarı, açıq-qəhvəyi, yaşıl, şəkəri rənglər
əsas rənglərlə uzlaşaraq, xalçaya tamamlayıcı görünüş gətirmişdir.
Xalçada bir rəngdən digərinə keçid yüksək peşəkarlıqla həll edilərək, hər kəsin zövqünü oxşaya biləcək bir rəng palitrası
yaradılmışdır.
Bu xalçanın tərkibində pambıq olmadığı üçün çox yumşaq və yüngüldür. Daşınması, yuyulması rahatdır. Xalça tarixi,
bədii, elmi əhəmiyyətə malikdir. Xalçanın saxlanma vəziyyəti əladır. Xalçanın xovu, əriş və arğacı yundur.
1...,67,68,69,70,71,72,73,74,75,76 78,79,80,81,82,83,84,85,86,87,...362