16
16
dili elan edilməsi oldu. ADR hökumətinin Gəncədə qəbul etdiyi
qərarlar içərisində iyulun 11-də Hərbi mükəlləfiyyət idarəsinin
yaradılmasını da qeyd etmək lazımdır. Hökumət 1918-ci il 30
iyul qərarı ilə şəhərin tarixi adını da bərpa etdi. Avqustun 23-də
vətəndaşlıq haqqında qanun qəbul edildi.
ADR hökuməti Rusiya imperiyasının süqutundan sonrakı
dövrdə, xüsusilə 1918-ci ilin martında erməni-daşnaklar tə­
rəfindən azərbaycanlılara qarşı genosidi araşdırmaq üçün Xü­
susi Təhqiqat Komissiyası yaratdı. Bütün bunlarla bərabər,
dövlətin qarşısında duran ən başlıca vəzifə ərazi bütövlüyünə
nail olmaqdan ibarət idi. Ona görə də, ordu quruculuğu Res-
publika üçün həlledici əhəmiyyətə malik idi.
Tiflisdə təşkil edilmiş I hökumət kabinetində Hərbi na-
zir vəzifəsi təsis olunmuş, bu vəzifəyə Xosrov Paşabəy Sul-
tanov təyin edilmişdi. Gəncədə formalaşdırılmış hökumət
kabinetində də hərbi nazir vəzifəsi var idi. ADR hökuməti
avqustun 1-də hərbi nazirlik təsis etdi və bunun üçün 10 mil-
yon manat vəsait ayırdı. Ordu quruculuğu sahəsində atılan
mühüm addımlardan biri ADR-in əlahiddə korpusunun İslam
ordusu adı altında Nuru paşanın diviziyası ilə birləşdirilməsi
oldu. Qafqaz İslam Ordusu Bakıda hakimiyyəti ələ almış Xalq
Komissarları Sovetinin Gəncə üzərinə hücumunun qarşısının
alınmasında və Bakının azad edilməsində tarixi rol oynadı.
Uğurlu hərbi əməliyyatlar nəticəsində 1918-ci il sentyabrın 15-
də Bakı şəhəri azad edildi. ADR hökuməti sentyabrın 17-də Ba-
kıya gəldi. Dövlətin paytaxtı statusu Bakı şəhərinə keçdi. Buna
baxmayaraq, Gəncə və Gəncə bölgəsi dövlətin müstəqilliyinin
qorunması sahəsində tarixi missiyasını həyata keçirməkdə da-
vam etdirirdi. ADR hökuməti Gəncə bölgəsinin inzibati-idarə
sistemini təkmilləşdirmək sahəsində tədbirlər hazırlamışdı.
Parlamentin 1920-ci il 22 aprel iclasında Şamxor qəzasının ya-
radılması haqqında məsələ müzakirə edilmiş və 5 maddədən
ibarət qanun qəbul olunmuşdu. Birinci maddədə onun Gəncə
qəzasının qərb hissəsində və keçmiş Novobayazet (Yeni Baya-
zid) qəzasının ona bitişik hissələrində yaradıldığı göstərilirdi.
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 46
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər)
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsgəri.
Rəssam: A. Tron.
Xəritə 8
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...100