82
82
Xalça Gədəbəyin Söyüdlü kəndində toxun-
muşdur. Söyüdlü kəndi abidələrlə xüsusilə
zəngindir. Dünya əhəmiyyətli arxeoloji abi­
də olan Böyük Qalaça Söyüdlü kəndinin əra­
zisində yerləşir. Əslində, bu, nəhəng daşlardan
hörülmüş uca qala-dağdır; mütəxəssislərin
fikrincə tunc ‒ ilk dəmir dövründə tikilib.
Müdafiə məqsədi daşıyırmış. Burada yaşayan
əhalinin tarixi və taleyi baxımından çox vacib
zirvədir.
Söyüdlükəndinindigərmühümtarixi abidəsi
IX əsrdə inşa edildiyi güman olunan Qız qalası-
dır. Tarixi baxımdan əhəmiyyətli hesab olunan
bu qala da yüksək bir qayalığın başında, son
dərəcə mənzərəli, füsunkar ərazidə yerləşir;
hər tərəfdən yaşıllıqla əhatə olunub. Qız qala-
sı kərpiclə hörülmüş beş ədəd dairəvi sütun-
dan ibarətdir. Burada “Gədəbəy dəfinələri” adı
ilə məşhur olan, içərisində müxtəlif qiymətli
əşyalar, bəzək əşyaları, şah Təhmasibin haki­
miy­yəti dövrünə (1524-1576) aid edilən gümüş
sikkələr olan küplər də tapılıb.
Bu kəndin əhalisi Göyçə gölü ətrafında olan
Qaraqoyunlu dərəsində yaşayan əhali ilə sıx
mədəni əlaqədə olmuşdur. Xüsusən yaxın
əlaqədə olduqları Çaykənd, Gölkənd, Polad
kimi məşhur və böyük kəndlərin də xalçaçılıq
sənəti yüksək sənətkarlıqla inkişaf etmişdir.
Ona görə də, xalçaların rəng həllində bu eyni-
lik dərhal nəzərə çarpır.
Xalça, bir növ, Qazax qrupunun “Qaraqo-
yunlu” xalça kompozisiyasının təsirindən ya-
ransa da, toxuma etibarı ilə Gədəbəyə aiddir.
Xalçada quruluşuna görə çox bəsit naxışlar
qrupundan istifadə edilib. Bu bəsitlik naxışla-
rın çeşidlərinin azlığında və onların sadə ‒ hən­
dəsi üslubda toxunmasında əks olunur. Ensiz
haşiyə zolağını iki “x” formalı naxışla bəzənmiş
bala haşiyə zolağı və onların içərisində olan
yaşıl yerlik üzərində onikiləçəkli nəbati na-
xışlar toxunub. Xalçanın ara sahəsini iki ədəd
pilləli xonça bəzəyir. Onların içərisində də
səkkizguşəli ulduz, mücərrəd formada zoo-
morf sonluqlu elementlər toxunub. Ara sahədə
istifadə edilən həndəsi elementlərdən biri də
rombdur. İçərisi iki rəngdən toxunan romb
gecə-gündüz, xeyir-şər, ağ-qara kimi ikili anla-
yışı ifadə edir.
Xalçanın toxunmasında istifadə edilən yun
qalındır. İstifadə edilən yun və yun ipliyi-
nin əyrilməsi heç də asan proses deyildir. Bu
proseslə yanaşı Gəncədə istifadə edilən boya-
ma texnikası da özəlliyi ilə seçilir. Xalçadakı
rəng tərkibi isə təbii bitki mənşəlidir. Hər rəngi
almaq üçün hər bir meyvənin, hər bir ağacın
və hər bir bitkinin toplanma və istifadə olun-
ma vaxtını bilmək lazım idi. Çünki rənglərin
açıq və ya tünd alınacağı bundan asılıdır. Pa-
yız fəsli qoz, yaz isə – palıd, söyüd və alma
ağa­cının dövrü sayılırdı. Alça və heyvadan
yalnız çiçəkləndiyi vaxt istifadə etmək lazım
idi. Bəzi çiçəklərdən isə əksinə, yalnız solduq-
dan sonra istifadə etmək olardı. Bütün bu qay-
dalara riayət edən boyaq ustalarının əlindən
çıxan iplikdən toxunmuş xalçalar öz rəng
təravətlərini itirmirdilər. Xalça Şəmkirdə şəxsi
evdə saxlanılır.
Gədəbəy xalçası üzərindəki rənglərdə heç
bir qarışıqlığa yol verilməmişdir. Xalçada tə­
bii yolla alınmış boyalarla rənglənən və əl ilə
əyrilmiş iplərdən istifadə edilmişdir. Sıxlığı
30x36 sm-dir. Xalçanın ərişi, xovu və arğacı
yundur. Saxlanma vəziyyəti əladır. Xalça elmi,
tarixi, bədii əhəmiyyət kəsb edir.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...100