92
Xalçanın ara sahəsində yuxarıdan ikinci yaşıl yerlikli gölün içə­
risində h. 1278 tarixi vardır.
Xalçanın adı Gəncənin şimal-şərqində 25 km-də yerləşən Faxralı
kəndinin adı ilə bağlıdır. Qocaman toxucular bu xalçanı “Gəncənin
fəxri” adlandırırlar. XIX əsrdə bu tipli xalçalar Qərbi Azərbaycanın
bir çox bölgələrində, o cümlədən Göyçə mahalında toxunmuş­
dur. Qırmızı yerlikli bu xalçanın ara sahəsində böyük ölçülü baş və
ayaq hissəsi mehrab şəkilli göl yerləşdirilmişdir. Gölün içərisində
bir-birinin ardınca düzülmüş dörd altıbucaqlı baş və ayaq hissəsi
“qoşabuynuz”motivləri ilə tamamlanmış medalyon təsvir edilmişdir.
Medalyonların mərkəzində kətəbəni xatırladan uzunsov formalı sağ
və soldan “T” şəkilli, baş və ayaq hissədə ağaca bənzər motivlərlə
tamamlanmış elementlər tərtib edilmişdir. Bu tipli elementlərə Gən­
cə-Qazax xalçalarında tez-tez təsadüf edilir. Gölün içərisindəki boş­
luqlar “qoşabuynuz”, səkkizguşəli ulduz, rombvari, nəbati və di­
gər klassik elementlərlə doldurulmuşdur. Xalçanın künclərindəki
boşluqlar səkkiz və dördləçəkli motivlərlə bəzədilmişdir. Xalçanın
aşa­ğı və yuxarı hissəsində mehrabın sağ və solunda şəkəri rəngli
klassik elementlər işlənmişdir. Bu elementlərə Göygöl şəhəri ətra­
fın­da qazıntılar aparılmış kurqanlarda tapılmış saxsı qablarda, me­
dal­yonların sürmə lövhələrində təsadüf edilir.Tədqiqatçılar bu
ele­mentləri erkən əkinçilik dövrünə aid kult rəmzi kimi yozurlar.
Şə­kəri yerlikli böyük sahə içərisində qırmızı, sarı, ağ, yaşıl kənarları
pil­ləli rombvari motivlər işlənmiş sürməyi yerlikli haşiyə ilə əhatə
olunmuşdur. Xalçanın göy yerlikli enli haşiyəsi qırmızı, sarı, ağ, yaşıl,
bənövşəyi, sürməyi, şəkəri, göy rənglərlə işlənmiş nəbati elementlərlə
bəzədilmişdir. Enli haşiyəni daxildən sarı yerlikli, xaricdən isə qırmızı
yerlikli ensiz haşiyələr əhatə edir. Haşiyələrin içərisində qırmızı, sarı,
göy, ağ, açıq və tünd-yaşıl rənglərlə işlənmiş kənarları pilləli, rombvari
elementlər təsvir edilmişdir. Qırmızı yerlikli haşiyəni göy, sarı, qırmızı,
sarı yerlikli haşiyəni isə ağ və qırmızı rəngli “Z”şəkilli kiçik ölçülü
elementlər əhatə edir. Xalçanın çoxsaylı rənglərinin qanunauyğun­luq­
la uzlaşdırılmasından çox baxımlı bir görünüş yaradılmışdır.
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100,101,102,103,104,...116