16
İrəvan xanlığının
Rusİya İmperİyası tərəfİndən
İşğalı və müstəmləkə rejİmİ
“Erməni vilayəti”
I Nikolayın (1825-1855) İrəvan qalasının alınması ilə bağlı təsis etdiyi medal.
1829-cu il. Bu medalda Azərbaycan şəhəri İrəvan bütün əvvəlki görünüşü-
məscidləri və minarələri ilə təsvir olunub.
1826-1828-ci illər Rusiya-İran müharibəsi
zamanı Azərbaycan dövlətləri olan Naxçıvan
(1827, iyun) və İrəvan (1827, oktyabr) xan­lıq­
larının ərazisi Çar Rusiyası tərəfindən işğal
olundu. Qafqazda hərbi əməliyyat aparan
rus qoşunlarının baş komandanı İ.F.Paskeviç,
hələ müharibə başa çatmamış, 1827-ci il ok­t­
yab­rın 6-da İrəvanda “müvəqqəti idarə” təş­
kil etdi. İdarə üç üzvdən ibarət idi: general-
leytenant Krasovski (sədr), N.Aştaraketsi və
İrəvan qalasının komendantı podpolkovnik
Borodin. Türkmənçay müqaviləsi (1828, 10
fevral) bağlandıqdan sonra, Naxçıvan və İrə­
van xanlıqlarının idarəçiliyi dəyişdirildi. Çar
I Nikolayın (1825-55) sərəncamı ilə (1828,
21 mart) həmin Azərbaycan xanlıqlarının
əra­zisində “Erməni vilayəti” yaradıldı. Vi­
la­yət idarəsi vilayət rəisindən, iki rus mü­
şavirindən (biri polis, digəri maliyyə üz­
rə) və iki asessordan (iclasçıdan) ibarət idi.
Ases­sorlardan biri azərbaycanlı, digəri er­
mə­ni icmasından idi. Çar hökumətinin ta­
rixi Azərbaycan torpaqları əsasında “Er­
mə­ni vilayəti” yaratması ilə I Pyotrdan
baş­layaraq yeridilən ermənipərəst siyasətin
hə­yata keçirilməsi reallaşdırılmağa baş­
lan­dı. “Erməni vilayəti”nin yaradılması ilə
Azərbaycanın Rusiya tərəfindən işğal olun­
muş digər torpaqları ilə Osmanlı imperiyası
və Qacarlar İranı arasında “xristian səddi”
çəkildi. “Erməni vilayəti” iki əyalətdən - İrə­
van və Naxçıvan əyalətlərindən ibarət idi.
Ermənilərin çar ordusuna göstərdiyi “xid­
mət” müqabilində onlara işğal olunmuş
Azər­baycan torpaqlarında - Naxçıvan və
İrəvan xanlıqlarının ərazilərində “Erməni vi­
layəti” adlandırılan torpaq “bəxşiş” verildi.
Bu­
­
nunla, ermənilər çar Rusiyasının himayə­si
və köməyi ilə Cənubi Qafqazda özlərinə əra­
zi bazası yaratdılar. Bundan sonra ermənilər
çar Rusiyasının, sonralar isə sovet-bolşevik
Rusiyasının antiazərbaycan və antitürkiyə
si­yasətinin həyata keçirilməsində fəal rol oy­
nadılar. Çar hökuməti Cənubi Qafqazın iş­
ğalını və burada möhkəmlənməklə bağlı si­
yasətini həyata keçirdikdən sonra 1840-cı il
10 aprel qanunu ilə “Erməni vilayəti”ni ləğv
etdi. İrəvan və Naxçıvan əyalətləri ayrı-ayrı
qəzalara çevrildi. Bu qəzalar Gürcü-İmeret
quberniyasına tabe edildi. 1849-cu il iyunun
9-da isə işğal olunmuş Qərbi Azərbaycan
tor­paqlarında İrəvan quberniyası yaradıldı.
“Erməni vilayəti”.
1834-cü il.
I Nikolayın (1825-1855) İrəvan qalasının alınması münasibətilə təsis
etdiyi medal.
1827-ci il.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...116