41
Xalça. Yun. Xovlu. 416x91. 1850-ci il.
Naxçıvan qrupu. Azərbaycan.
Xalçanın ana haşiyəsi kərpiciyə çalan qırmızı, mavi, firuzəyi, sarı, şəkəri, sumağı rəngli maili istiqamətli zolaqlarla tərtib
edilib. Zolaqların içərisində kiçik ölçülü spiralşəkilli motivlər vardır. Bu motivlərə Şirvan qrupunun xalçalarında, məfrəş
və çantalarda rast gəlinir. Zolaqların kənarları ağ, qırmızı rəngli cüzi nəzərə çarpan kvadratşəkilli elementlərlə tamamla-
nır. Ara haşiyə hər iki tərəfdən içərisində dördləçəkli çiçəklər işlənmiş bala haşiyələrlə əhatə olunub. Çiçəklər altıbucaqlı
elementlərin içərisində işlənib. Dördləçəkli çiçəklər ağ, qırmızı, mavi, sarı, firuzəyi, şəkəri rənglərlə tərtib edilib.
Bala haşiyələrin kənarları hər iki tərəfdən ağ, cüzi nəzərə çarpan kvadratşəkilli motivlərlə işlənmişdir.
Xalçada kolorit baxımından ənənəvilik çox güclüdür. Çoxlu rəng çalarlarından istifadə edilərək çox baxımlı bir rəng
düzümü yaradılmışdır. Üstünlük təşkil edən kərpiciyə çalan qırmızı, firuzəyi, sumağı, şəkəri, mavi, sarı, ağ rənglər əsasən
uzlaşmışdır. Bu xalçada bir rəngdən digərinə keçid peşəkarlıqla həll edilmişdir.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...84