42
Xalça sadə ara sahə və zəngin haşiyə
quruluşuna malikdir.
Şərabi-qırmızı yerlikli ara sa­hə­nin
mərkəzində bir böyük ölçülü, ağ yer-
likli, altıbucaqlı göl təsvir edi­lib. Gölün
içərisində müxtəlif öl­çülü gül-çiçək, yar-
paq motivləri vardır. Bu motivlər çar-
pazlaşan xət­lərlə birləşdirilir. Çarpazla-
şan xət­lər ümumilikdə şəbəkə forma­sı
almışdır. Gül-çiçək və yar­paq mo­tivləri
sürməyi, zoğalı, ma­vi, sarı rənglərlə
işlənmişdir. Şə­bə­kə­lərin kənarları kiçik
ölçülü, cü­zi nəzərə çarpan kvadratşəkilli
mo­tiv­lərlə əhatə olunub. Gölün kə­narları
daxildən şərabi-qır­mı­zıya çalan, xaricdən
isə tünd-qəh­və­yi rəngli çıxıntılarla əhatə
olunub. Şərabi-qırmızı rəngli çıxıntıların
kə­narları cüzi nəzərə çarpan açıq-qəhvəyi,
tünd-qəhvəyi rəngli çıxıntıların kənarları
isə ağ rəngli “su”larla tamamlanır. Gölün
yuxarı və aşağı künclərindən qollar is­
tiqamətlənir. Qolların üzərində al­tıləçəkli,
səkkizləçəkli güllər, sonunda isə ağ yer-
likli “qübbə”lər vardır. “Qübbə”lərin
içərisində nə­bati motivlər işlənib. Qolla-
rın içə­risi və “qübbə”lərin kənarları maili
istiqamətli dördbucaqlarla işlənib.
Xalçanın ara sahəsinin boşluqla­rı nəbati
elementlərlə doldurulub. Gölün sağ və sol
hissəsindəki ara sahə boşluğunda ağ-sarı-
qır­mı­zı, sol hissədə isə ağ-qırmızı rəng­
li rombşəkilli, yuxarı və aşağı hissələri
çıxıntılı element vardır. Bu elementlərin
kənarları pil­lə­li­dir. Ara sahənin yuxarı
və aşağı hissələrində, sağ və solda qara
rəngli üçbucaqlı elementlər vardır.
Ara sahənin yuxarı və aşağı künc­ləri
tirməsayağı düzülüşlə iş­lənmiş zolaq-
larla tərtib edilib. Zo­laqlar sarı, sürməyi,
ağ, şərabi-qır­mızı rəng­lidir. Sarı zolaqla-
rın kə­­narları da­xildən sürməyi rəngli çı­
xıntılarla işlənib. Sağ və sol his­sə­dəki çıxın­tılar xalçanın ara sa­hə­sinin
aşağı hissəsində bir-biri­nə di­liklərlə birləşir.
Xalçanın ara haşiyəsi tirməsayağı işlənmiş zolaqlarla bəzədilib. Maili
istiqamətdə işlənmiş qırmızı, ağ rəngli zolaqlarda Naxçıvan xalçaları
üçün xarakterik olan elementlər işlənmişdir.
Ana haşiyə hər iki tərəfdən içərisində qırmızı rəngli gül­lər işlənmiş
tünd və açıq-yaşıl yerlikli bala haşiyələrlə əhatə olunub. Ana haşiyənin
kənarları hər iki tərəfdən sarı rəng­li “su”larla tamamlanır. Bala
haşiyələrin kənarları isə ağ rəng­li “siçandişi”lərlə tamamlanır.
Xalçanın rəng tərtibatı Naxçıvan xalçaları üçün səciyyəvi olan ənənəvi
qanunauyğunluqla həll edilib. Rəng tarazlığı xüsusi peşəkarlıqla saxla-
nılıb.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdandır. Xalça bədii, tarixi,
elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti tamdır.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...84