44
Xalçanın bədii quruluşu zəngin ara sa­hə
və haşiyə hissəsindən ibarətdir.
Sürməyi yerlikli ara sahədə on beş bütöv
və altı yarımçıq “siniyəbən­zər” medalyon
yerləşdirilib. Bu tipli xalçaların kompozisi-
yasına Rusiyanın dekorativ tətbiqi sənətinin
təsiri olmuşdur.
Məlum olduğu kimi XIX əsrin ikinci ya-
rısından Azərbaycanın Rusiya ilə mədəni,
iqtisadi əlaqələrinin ge­nişlənməsi ticarət
əlaqələrinin can­lan­masına səbəb olmuşdur.
Rusi­ya­da istehsal olunmuş çit, yun parça-
ların, yaylıqların və dəmirdən dü­zəldilmiş
“sini”lərin üzərindəki tə­bii güllər və digər
elementlər xalça ustalarının böyük marağı-
na səbəb ol­muşdur. Rus dekorativ-tətbiqi
sə­nə­tinin təsiri altında yaranan xalçalara
“Saxsıda güllər”, “Bağçada güllər”, “Bulud”
və “Sinili” xalçalar aiddir. İlk əvvəl bu tip-
li xalçalar çox sadə na­xış tərtibatı ilə digər
xalçalardan se­çilirdi. İllər ötdükcə yerli us-
talar bu kompozisiyalı xalçaların naxışlarını
zənginləşdirərək mürəkkəb kom­pozisiya
quruluşuna nail olmuş­lar. Hətta, XIX əsrin
sonlarında mü­rəkkəb naxış tərtibatına ma-
lik dəst-xətli gəbələr qızlara cehiz veri­lirdi.
Cehizlik məqsədilə toxunan xal­çalar çox
yüksək keyfiyyətli olurdu. Gəlin olacaq
qız cehizlik toxuna­caq xalçanın naxışını öz
zövqünə uyğun se­çər­di.
Xalçanın ara sahəsindəki “si­ni­yə­bənzər”
medalyonların içə­risin­də sumağı, açıq-qır-
mızı, qəhvəyi, kər­pici, çəhrayı, açıq-yaşıl,
mavi, yasəməni, sürməyi rənglərlə işlənmiş
gül-çi­çək, yarpaq motivləri vardır. Medal­
yonların yerliyi zoğalı, şəkəri, açıq-qır­mızı,
kərpici, çəhrayı, şəkəri-ya­səməni rənglərlə
tərtib edilib.
Medalyonların kənarlarını qəhvə­yi, açıq-
qırmızı, açıq-yaşıl, mavi, şə­kəri, sarı, açıq-
qəhvəyi rənglərlə iş­lənmiş haşiyələr əhatə
edir.
Ara sahənin boşluqları dördləçəkli,
altıləçəkli, sək­kiz­ləçəkli gül-çiçək, ağac,
rombvari, kvadratşəkilli, “X”-ə bən­zər və
digər klassik elementlərlə doldurulub. Ara
sahənin sağ, sol, yu­xarı, aşağı və mərkəz
hissələrində stil­ləş­miş ceyran, quş təs­virləri
vardır.
Medalyonların kənarlarındakı haşiyələrdə
güllü-çiçəkli budaqlar və yarpaqlar işlənib.
Haşiyələrdəki “qayçıbalıq” və digər
elementlər açıq-yaşıl, sarı, şəkəri, açıq-qır-
mızı, sürməyi, açıq və tünd-qəhvəyi, mavi,
göy, qara, xına rəngi və başqa rənglərlə
işlənib.
Ara sahənin yuxarı və aşağı hissələrində
yarımçıq ele­mentlər vardır.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi zoğalı, sarı, açıq-qırmızı, narın-
cı, açıq-yaşıl, tünd və açıq- qəhvəyi, göy, ma­vi, şəkəri rənglərlə işlənmiş
gül-çiçək, yarpaq motivləri və budaqlarla bəzədilib. Haşiyənin yerliyi
bəzi hissələrdə xına rənglidir.
Ana haşiyə hər iki tərəfdən içərisində üçləçəkli, dördləçəkli gül-çiçək
və spiralşəkilli budaqlarla bəzədilmiş qırmızı yerlikli bala haşiyələrlə
əhatə olunub. Kənar bala haşiyə xaricdən, digər bala haşiyə isə daxildən
içərisində dalğavari xətlər işlənmiş şəkəri yerlikli zəncirələrlə əhatə
olunub. Ana haşiyənin kənarları ağ rəngli “siçandişi”lərlə tamamlanır.
Xalça özünəməxsus rəng tərtibatı ilə seçilir. Naxçıvan xalçaları üçün
səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla toplanıb. Xalça-
nın xovu, ərişi yun, arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır. Xalça
bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...84