50
Xalçanın kompozisiyası sadə ara sahə və nisbətən zəngin haşiyə hissəsindən ibarətdir. Ara sahənin əsas bəzəyi
sürməyi yerlikdə yerləşdirilmiş böyük ölçülü altıbucaqlı altı göldən iba­rət­dir. Yuxarıdan birinci gölün mərkəzi
açıq-yaşıl, yuxarı və aşağı hissəsi isə nisbətən tünd, aşağıdan ikinci gölün yuxarı hissəsi mavi, aşağı hissəsi isə
açıq-yaşıl yerliklidir.
Aşağıdan üçüncü gölün aşağı hissəsi açıq-narıncı yuxarı hissəsi kərpicidir. Yuxarıdan ikinci göl sarı, üçüncü
göl mavi, aşağıdan birinci göl isə kərpiciyə çalan qırmızı yerliklidir. Göllərin içərisində, eyni formaya malik olan
medalyon yerləşdirilmişdir. Medalyonların yuxarı və aşağı hissələri “qoşabuynuz”, sağ və sol hissələri “qoşa-
buynuz” və “qarmaq”şəkilli qollara ayrıl­mış motivlərlə tərtib edilmişdir. Medalyonların mərkəzində “cütbuy-
nuz” motivləri vardır. Göl­lərin sağ və sol hissələrindən mərkəzə doğru qarmaqlı, yuxarı və aşağı hissələrdən
isə ucu rombşəkilli çıxıntılar istiqamətlənir. Ara sahənin yuxarı hissəsində birinci medalyonun üst hissəsində
stilləşmiş heyvan təsvirləri verilib. Birinci və ikinci medalyonun arasındakı ara sahə boşluğunda iki rombvari
medalyon vardır. Medalyonların yuxarı hissələrindən gül budaqları şaxələnir.
Mavi yerlikli gölün yuxarı və aşağı hissələrindəki ara sahə boşluqlarında “qoşabuynuz” motivləri işlənmişdir.
Yuxarı hissədəki “qoşabuynuz” motivlərinin arasında çiçək təsvirləri vardır.
Ara sahənin aşağı hissəsində aşağıdan ikinci, üçüncü göllərin arasında iki cərgədə stilləşmiş heyvan təsvirləri
verilib.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...84