52
Xalça zəngin naxış tərtibatına malikdir.
Xalçanın ara sahəsinin yuxarı hissəsində h.
“1306” tarixi vardır.
Xalçanın qara yerlikli ara sahəsin­də iki
böyük ölçülü ovalşəkilli medalyon vardır.
Ara sahənin yuxarı hissəsindəki medalyon
qara yerlik­li, aşağı hissədəki medalyon isə
açıq-qırmızı yerliklidir. Medalyonların içə­
risində stilləşmiş quş və heyvan təsvirləri
vardır.
Yuxarı hissədəki medalyonun kə­narları
açıq-yaşıl, aşağı hissədəki me­dalyonun
kənarları isə tünd-qəh­vəyi rəngli haşiyə ilə
əhatə olu­nub. Açıq-yaşıl yerlikdə qırmızı,
sür­mə­yi, boz, çəhrayı, qəhvəyi rəng­lərlə
işlənmiş “qayçıbalıq”, dörd­ləçəkli gül, bu-
daq təsvirləri var­dır. Yuxarı hissədəki me-
dalyonun kə­narlarındakı haşiyə daxildən
çəh­ra­yı, xaricdən isə qara, açıq-yaşıl
“su”larla tamamlanır.
Medalyonun yuxarı və aşağı his­sə­ləri
açıq-yaşıl, çəhrayı, ağ rəng­lərlə işlənib.
Medalyonun aşağı ­və yuxa­rı hissələrində
üz-üzə isti­qa­mətlən­miş qarmaqlı ele­ment­
lər vardır. Me­dalyonların yuxarı və aşağı
hissələri sağ və soldan çıxıntılıdır.
Aşağı hissədəki medalyonların kə­
narlarındakı
tünd-qəhvəyi
yerlikli
haşiyədəki “qayçıbalıq” və budaqlar açıq-
yaşıl, qırmızı, qara, ağ və qəh­vəyi rənglərlə,
yuxarı və aşağı his
­
sələrdəki qarmaqlı
motivlər isə mavi, qəhvəyi, çəhrayı və açıq-
yaşıl rənglərlə tərtib edilib.
Xalçanın ara sahəsinin boşluqları müxtəlif
ölçülü və formalı nəbati, qar­maqlı və altı-
bucaqlı elementlərlə doldurulub.
Ara sahənin aşağı və yuxarı his­səsində
kiçik ölçülü sək­kiz­bu­caq­lı me­dalyonlar
vardır. Yu­xarı his­sə­də­­ki medalyonların yu­
xarı künc­lə­rin­də sağ və sola istiqa­mət­lən­
miş, aşağı hissədəki medalyonla­rın yu­xa­
rı künclərində isə üz-üzə is­ti­qa­mətlənmiş
qarmaqlı çıxıntılar var­dır.
Açıq-yaşıl yerlikli ara haşiyə dalğavari xətlərlə işlənmişdir. Dalğa-
vari xətlər bir-birinə kiçik ölçülü romb­şəkilli ele­mentlərlə bir­ləş­diri­lir.
Dalğaların arasında “buynuz”a bən­zər motivlər vardır. Bu motivlər
zoğalı, ağ, qara rənglərlə iş­lənmişdir. Ara haşiyə hər iki tərəfdən di-
likli mədaxillərlə əha­tə olunub. Mədaxil­lər daxildən açıq-qırmızı, göy,
zoğalı, qa­ra rənglərlə, xaricdən isə çəhrayı, qırmızı, zoğalı rənglərlə
işlənib.
Xalçada rəng tərtibatı yüksək peşəkarlıqla və ənənəvi qanunauyğun-
luqla həll edilmişdir.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdır. Saxlanma və­ziyyəti tam-
dır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...84