49
Xalça. “Butalı”. Yun. Xovlu. 477x116. 1870-ci il.
Naxçıvan qrupu. Azərbaycan.
Qırmızı yerlikli ana haşiyə “qayçıbalıq” adlanan elementlər əsasında qurulmuşdur. Şəkəri,
yaşıl, qırmızı rəngli “ana gül”lər, böyük və kiçik ölçülü səkkizləçəkli güllər, kənarları dilikli
həndəsi elementlər təsvir edilmişdir.
Şəkəri yerlikli bala haşiyələrdə bir-biri ilə zəncirvari formada birləşmiş güllər işlənmişdir.
Ara sahəni və ana haşiyəni qırmızı yerlikli “zəncirə”lər əhatə edir.
Xalçada kontrast rənglərdən çox istifadə edilmişdir. Sürməyi və qırmızı rənglərin hərarəti
şəkəri rənglə tənzimlənərək yumşaldılmışdır.
Xalçanın xovu, əriş və arğacı yundur; saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi
əhəmiyyətə malikdir.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...84