54
Xalça zəngin ara sahə və sadə haşiyə quruluşuna malikdir. “Bağçada güllər” adlandırılan xalçalar XIX əsrin II yarısın-
dan, əsasən Şuşada toxunmuş, sonralar Qarabağın digər xalçaçılıq məntəqələrində, o cümlədən Azərbaycanın Naxçıvan
bölgəsində toxunmuşdur. İlk əvvəl bu kompozisiya ilə toxunan xalçaları “Gül yaylıq”, yaxud “Güllü yaylıq” adlandırırdı-
lar. Sonralar bu tipli xalçalar Qarabağın müx­təlif xalçaçılıq məntəqələrində “Bağçada güllər” adı ilə tanınmışdır. Bu kom-
pozisiya ilə toxunan xalçalardakı bəzəklər Rusiya dekorativ-tətbiqi sənət əsərlərindəki naxışların təsiri altında yaranmışdır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın Rusiya ilə mədəni-iqtisadi əlaqələrinin genişlənməsi ticarət sahəsində
də canlanmaya səbəb olur. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da böyük ticarət mərkəzlərində Ru-
siyadan gətirilmiş böyük ölçülü ipək yaylıqlar, çit və digər materialdan olan parçalar, metaldan düzəldilmiş sinilər geniş
yayılmışdı. Yerli xalça ustaları Rusiyada istehsal edilmiş parçaların, yaylıqların üzərindəki naxışlardan istifadə etmişlər.
Toxucular Rusiyada istehsal olunmuş sinilərdəki “xoxlama” naxışlarını da xalçalara köçürmüşlər. “Bağçada güllər”, “Sax-
sıda güllər” və “Bulud” adlanan xalçalar rus dekorativ-tətbiqi sənətinin təsiri altında yaranmış yeni tipli kompozisiyalar
sırasına daxildir.
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...84