51
Xalça. Yun. Xovlu. 380x92. 1880-ci il.
Naxçıvan qrupu. Azərbaycan.
Xalçanın ağ yerlikli ana haşiyəsi səkkizguşəli ulduz və rombşəkilli motivlərlə bəzədilib. Rombşəkilli motivlər hər iki
tərəfdən sütunabənzər motivlə əhatə olunub. Ulduzlar sürməyi, sumağı, tünd-yaşıl, narıncı, mavi, xına rəngi, açıq-kök, sarı
rənglərlə tərtib edilib. Eyni rənglər kənarları sütunlu rombvari motivlərdə də təkrarlanır. Ana haşiyə sarı, göy, qarpızı, ağ,
mavi, sürməyi rəngli güllər işlənmiş mavi budaqlarla bəzədilmiş bala haşiyələrlə əhatə olunub. Daxili bala haşiyə içəridən
şəkəri rəngli “su”larla, xaricdən isə kvadratşəkilli elementlərlə tamamlanır. Kənar haşiyənin qıraqları isə hər iki tərəfdən
kvadratşəkilli motivlərlə tamamlanır. Xalçanın ara sahəsinin kənarlarında yuxarıdan birinci və ikinci medalyonların ara-
sında haşiyə divarlarına bitişik diliklər işlənmişdir.
Naxçıvan xalçaları üçün səciyyəvi olan ənənvi kolorit həlli bu xalçada da öz əksini tapmışdır. Xalçanın xovu, ərişi yun,
arğacı isə pambıqdandır. Saxlanma vəziyyəti tamdır. Xalça bədii, tarixi, elmi əhəmiyyətə malikdir.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...84