46
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahə maili istiqamətli rapportlara bölünmüşdür.
Rapportlar zoğalı, şəkəri və mavi yerliklidir. Rapportlarda “buta” və ağac motivləri vardır. “Buta”lar qırmızı dilikli rap-
portlarda mavi, şəkəri, firuzəyi , sarı rənglərlə işlənib. Sürməyi, sarı rəngli “buta”ların kənarları diliklərlə, mavi rəngli
“buta”ların kənarları isə kiçik ölçülü dördbucaqlı elementlərlə əhatə olunub.
Mavi və şəkəri yerlikli rapportlarda qırmızı, mavi, açıq-yaşıl, sürməyi rənglərlə işlənmiş ağac motiv­ləri vardır. Rapport-
lardakı boşluqlar “S”-ə bənzər, rombvari, altıbucaqlı, kənarları pilləli klassik ele­mentlərlə işlənib.
Mavi yerlikli rapportların kənarları sürməyi, şəkəri rəngli qırıq-qırıq xətlərlə tamamlanır.
Şəkəri yerlikli rapportlarda işlənmiş ağac motivləri, “buta”ların içərisində kiçik ölçüdə işlənib.
Xalçanın şəkəri yerlikli ana haşiyəsi qara, qırmızı, mavi, firuzəyi rənglərlə işlənmiş səkkizbucaqlı ulduzlarla bəzədilib.
Ulduzlar səkkizbucaqlı elementləri bir-birinə birləşdirir. Səkkizbucaqlı elementlərin içərisində qırmızı rəngli, kənarları
pilləli klassik elementlər vardır. Klassik elementlərin mərkəzində kiçik ölçülü, cüzi nəzərə çarpan kvadratşəkilli motivlər
yerləşdirilib. Ana haşiyə hər iki tərəfdən qara-mavi, qırmızı-qara, açıq-yaşıl-qara diliklərlə işlənmiş bala haşiyələrlə əhatə
olunub.
Bala haşiyələrin kənarları sağ və soldan qırmızı, sarı rəngli qırıq-qırıq xətlərlə yuxarı və aşağı hissələrdə isə eyni rəngli
“Z”-ə bənzər elementlərlə tamamlanır.
Xalçada rəng ahəngdarlığı özünəməxsus şəkildə həll edilmişdir. Müxtəlif rənglərin bir-biri ilə ənənəvi qanunauyğun-
luqla uzlaşması nəticəsində çox baxımlı rəng düzümü yaradılmışdır. Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdır.
Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...84