55
Xalça “Bağçada güllər”. Yun. Xovlu. 368x115. 1899-cu il.
Naxçıvan qrupu. Azərbaycan.
Azərbaycanın Quba bölgəsində toxunan “Alpan” xalçaları da bu tipli kompozisiyalardan sayılır.
Xalçanın ara sahəsinin əsas bəzəyi sürməyi yerlikdə işlənmiş qızılgül dəstələrindən ibarətdir. Qı­zıl­güllər çəhrayı-
qırmızı, sarı-şəkəri-qırmızı, yarpaqlar isə mavi-şəkəri-açıq-qəhvəyi-qırmızı rəng­lərlə tərtib edilib. Ara sahənin boşluqların-
da stilləşmiş keçi, it və quş təsvirləri vardır.
Xalçanın ara sahəsinin sağ, sol, yuxarı, aşağı hissələrində və mərkəzində hicri 1334 və 1336 tarixləri vardır.
Xalçanın şəkəri yerlikli haşiyəsi tünd və açıq-qırmızı, sarı, çəhrayı, şəkəri rəngli güllərlə, açıq-yaşıl, tünd və açıq-qəhvəyi,
mavi rəngli yarpaq və budaqlarla bəzədilib. Ara haşiyə hər iki tərəfdən içə­risində açıq-qəhvəyi, şəkəri rəngli qarmaqlı
motivlər işlənmiş mədaxillərlə əhatə olunub. Kənar mə­daxil xaricdən, daxili mədaxil isə içəridən açıq-qırmızı, şəkəri rəngli
“Z” şəkilli elementlər işlənmiş zəncirələrlə tamamlanır. Xalça özünəməxsus orijinal rəng tərtibatına malikdir. Xalçanın
ara sahə mo­tivlərindəki rənglər haşiyə motivlərində də təkrarlanır. Xalçanın ara sahəsindəki “əbrəş” aydın nə­zərə çarpır.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma vəziyyəti tamdır. Xalça bə­dii, ta­rixi, elmi əhəmiyət kəsb edir.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,47,48,49,50,51,52,53,54,55,56 58,59,60,61,62,63,64,65,66,67,...84