62
Xurcunun əsas bəzəyi ara sahədə işlənmiş, “vərni” xalçaları üçün xarakterik olan elementlərdən
ibarətdir. Kərpici, mavi, göy, şəkəri-sarı rənglərlə işlənmiş bu elementlər zoğalı yerlikdə çox təzadlı
görünür. Ara sahədəki boşluqlar ağ, mavi, göy, kərpici rənglərlə işlənmiş, “damğa” adlandırılan
elementlərlə doldurulub. Ara sahənin yuxarı, aşağı, mərkəzə yaxın kənar hissələrində kiçik ölçülü,
cuzi nəzərə çarpan “buta” və “ox” işarəli təsvirlər vardır. “Buta” və “ox” işarəli təsvirlər ağ-qara,
mavi, göy rənglərlə işlənib. Eyni formaya malik olan “buta” motivləri klassik elementlərin üzərində
də vardır.
Sürməyi yerlikli enli haşiyə latın əlifbasının “Z” hərfinə bənzər elementlərlə bəzədilib. Bu
elementlər toxucular arasında “stilləşmiş ördək” adlandırılır. Əsasən Qarabağ vərnilərində işlədilən
bu elementlər simvolik məna daşımışlar. “Ördək” adlandırılan elementlər zoğalı, açıq-qəhvəyi,
mavi, kərpici, şəkəri, sarı, tünd-yaşıl, göy, ağ, açıq-qırmızı rənglərlə işlənib. Bu elementlərin kənarları
çıxıntılı zolaqlarla əhatə olunub. Zolaqlar kərpici rənglə işlənib. Çıxıntılı zolaqların kənarları şəkəri
rəngli “su”larla tamamlanır.
Xurcun üzü yun iplərdən toxunmuşdur. Saxlanma vəziyyəti tamdır; bədii, tarixi, elmi əhəmiyyət
kəsb edir.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...84