64
Zəngin naxış tərtibatına malik olan bu at çulunun bədii quruluşu rapportlara bölünmüş ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Sarı yerlikli rapportlar bir-birindən qara rəngli bütöv, qırmızı, mavi rəngli yarımçıq dördünsür elementləri işlənmiş zo-
laqlarla ayrılır. Rapportların içərisində zoğalı, tünd-yaşıl, göy rəngli stilləşmiş quş təsvirləri vardır. Toxucular arasında
bu quş fiqurları “xoruz” adlandırılır. Xoruz fiqurları arasında ikibaşlı, dördayaqlı “qoşaquş” adlandırılan təsvirlər verilib.
Xoruzların üzərində “S”-ə bənzər, kiçik ölçülü kvadratşəkilli, yuxarı və aşağı hissələri çıxıntılı motivlər vardır. Bu motivlər
yaşıl və mavi rəngli motivlərin üzərində qırmızı, ağ rənglərlə, qırmızı rəngli xoruzların üzərində isə mavi, qəhvəyi və ağ
rənglərlə işlənib.
İkibaşlı, dördayaqlı quşların üzərindəki kvadratşəkilli elementlər ağ rənglidir.
Rapportların arasındakı boşluqlar qəhvəyi, qırmzı, mavi rəngli, kiçik ölçülü, cuzi nəzərə çarpan “S”-ə bənzər elementlərlə
işlənmişdir.
Rapportların kənarları daxildən kiçik ölçülü, qəhvəyi rəngli kvadratşəkilli elementlərlə əhatə olunub.
Çulun haşiyəsindəki elementlər ara sahədəki rapportları ayıran zolaqlardakı motivlərlə eyni olub, nisbətən böyük ölçü-
lüdür.
Haşiyənin kənarları “burma” adlandırılan ağ rəngli xətlərlə əhatə olunub.
Rapportların kənarlarındakı qəhvəyi rəngli, kvadratşəkilli elementlər çulun kənarlarında da tək­rar­lanır.
Çulun yuxarı hissəsindəki quşlar iki cərgədə eyni formada rəngləri biraşırı dəyişdirilərək təkrarlanır. Yuxarı hissədə sağ
və solda ikibaşlı dördayaqlı qoşa quş təsvirləri dörd cərgədə təkrarlanır.
Çulun rəng tərtibatı çox zəngindir. Toxucu soyuq və isti rənglərin yüksək peşəkarlıqla uzlaşdırılması nəticəsində xoş
əhval-ruhiyyə yaradan bir görünüşə nail olmuşdur.
Çul yun iplərdən işlənib. Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...84