56
Kərpiciyə çalan qırmızı yerlikli bu şəd­dənin ara
sahəsində stilləşmiş 40 dəvə fi­quru yerləşdirilib.
Dörd cərgədə təs­vir edi­lən dəvə karvanlarının
qarşısında sək­kiz “sarban” (karvan başçısı) da-
yanır.
Dəvələr bir hörgüclüdür və hər bir də­vənin
üzərində “dəvə çulu” adlanan örtük vardır. To-
xucu dəvələrin üzərindəki çulların rəngini bira-
şırı dəyişərək xüsusi ahəng yaratmışdır. Dəvələr
tünd-qəhvəyi, açıq-kərpici, açıq-yaşıl, sumağı,
şəkəri, göy, mavi rənglərlə işlənib. Eyni rənglər
sarbanların geyimlərində də tək­rarlanır.
Dəvələrin üzərindəki çullar dördlə­çək­li çi­çək­
lərlə bəzədilib.
Xalçanın ara sahəsinin boşluqları dörd­ləçəkli
gül, damğa, stilləşmiş ördək, it, quş (bəzi to-
xucular kəklik adlandırırlar) və “S”-ə bənzər
elementlərlə doldurulub.
Xalçanın tünd-kərpici yerlikli haşiyəsi açıq-
kərpici, zoğalı, tünd-qəhvəyi, sür­məyi, açıq-ya-
şıl, göy, sarı, şəkəri rəngli romb­vari elementlərlə
bəzədilib. Rombvari elementlərin kənarları ağ
rəngli cüzi nəzərə çarpan pilləli elementlərlə
əhatə olunub.
Haşiyə sağ və soldan içərisində mavi, ağ-kər­
pici, yaşıl, qəhvəyi, göy rəngli qı­rıq-qırıq xətlər
işlənmiş zəncirələrlə əha­tə olunub.
Xalça zəngin rəng tərtibatına malik­dir.
Xalçada rəng tarazlığı yüksək peşə­kar­lıqla və
ənənəvi qanunauyğunluqla saxlanılıb.
Naxçıvan şəddələri üçün xarakterik olan rənglər
bu xalçada da istifadə edilib.
Xalça yun iplərdən toxunub. Saxlanma və­ziy­
yəti tamdır; bədii, tarixi, elmi əhə­miyyət kəsb
edir.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...84