68
Orijinal naxış tərtibatına və mürəkkəb kompozisiya quruluşuna malik olan bu çulun ara sahəsi üfüqi istiqamətdə işlənmiş
rapportlara bölünmüşdür. Ara sahənin mərkəzindəki rapportda sürməyi, qırmızı, yaşıl rənglərlə işlənmiş xoruz təsvirləri
verilib. Bu stilləşmiş xoruzların üzərində yuxarı və aşağı hissələri çıxıntılı elementlər və ağ rəngli nöqtələr işlənmişdir.
Rapportun boşluqları ikibaşlı, dördayaqlı “qoşaquş” adlandırılan fiqurlarla bəzədilib. Rapportun yuxarı hissəsindəki boş-
luqlarda, xoruzların belində də cüzi nəzərə çarpan quş fiqurları vardır.
Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri içərisində quş rəsmlərinə ən çox xalça və xalça mə­mulatlarında təsadüf
olunur. Qədimdə Azərbaycan ərazisində yaşayan xalqlar arasında “Quşçu qəbiləsi”, “Qartal qəbiləsi”, “Xoruz qəbiləsi”və
s. qəbilələr xüsusilə geniş şöhrət tapmış və adları çə­kilən quşlar isə həmin qəbilələrin totemi olmuşdur.
Çulun ara sahəsinin yuxarı və aşağı hissəsindəki ensiz rapportlarda da “qoşaquş” təsvirləri verilib. “Qoşaquş” fiqurları
yuxarı hissədəki rapportda qırmızı, sürməyi, yaşıl rənglərlə, aşağı hissədəki rapportda isə qırmızı, sürməyi, sarı, yaşıl və
sumağı rənglərlə tərtib edilib. Çulun ağ yerlikli rapportlarındakı boşluqlar kiçik ölçülü cüzi nəzərə çarpan dörd ünsür və
qırıq-qırıq xətlərlə doldurlub. Rapportlar bir-birindən “Z” hərfinə bənzər “ördək” adlandırılan və və üçbucaq elementlər
işlənmiş zolaqlarla ayrılır. Zolaqlardakı elementlər açıq-qırmızı, sarı, sürməyi, mavi, sumağı, yaşıl, narıncı rənglərlə işlənib.
Zolaqların kənarları qırıq-qırıq xətlər işlənmiş zəncirələrlə əhatə olunub. Eyni motivlər işlənmiş zolaqlar çulun yuxarı, aşa-
ğı, sağ və sol hissələrində də təkrarlanır.
Çulun yuxarı hissəsindəki ara sahədə rombşəkilli şəbəkələr işlənmişdir. Şəbəkələrin içərisində Naxçıvan xalçaları üçün
xarakterik olan sumağı, qırmızı, yaşıl, mavi rəngli kiçik ölçülü elementlər təsvir edilib. Rombşəkilli şəbəkələr bir-birinə
kiçik ölçülü altıbucaqlı elementlərlə birləşdirilir.
Çulun rəng tərtibatı xoşagəlimli kontrast və sakit rənglərlə həll edilib. Çoxsaylı rəng uzlaşmalarından xüsusi rəng
ahəngdarlığı yaradılmışdır. Əsrlər boyunca işlənmiş xalq ənənəsi naxışların bədii tərtibatında, rənglərin peşəkarlıqla
əvəzlənməsində aydın nəzərə çarpır.
Çul yüksək keyfiyyətli yun iplərdən toxunmuşdur. Saxlanma vəziyyəti tamdır; bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...84