66
At çulunun bədii quruluşu ara sahədən və haşiyə hissəsindən ibarətdir. Çul “zili” (xovsuz xalça) texnologiyası əsasında
toxunmuşdur.
At çulu Azərbaycanda minik atlarının gözəllik və əzəmətli görünməsi üçün onun belinə (boynundan quyruğuna qədər)
salınan nəfis toxunuşlu xovsuz xalça məmulatıdır. At çulu müxtəlif formalı: boyunluqlu və boyun hissəsi olmayan ‒ bo-
yunluqsuz olur.
Sürməyi yerlikli ara sahə zolaqlarla on hissəyə bölünmüşdür. Hissələrdən dördü böyük ölçülü, altısı isə kiçik ölçülüdür.
Zolaqlar ağ, sürməyi, qırmızı, yaşıl rəngli “pitikli” adlı elementlərdən ibarətdir.
Ara sahənin bölünmüş hissələrində “it” və “ceyran” təsvirləri, sağ və sol tərəfə istiqamətlənmiş şəkildə verilmişdir. Bu
elementlər sarı, şəkəri, ağ, yaşıl, mavi, qırmızı, sürməyi rənglərlə işlənmişdir. At çulunu heyvan təsvirləri ilə yanaşı eyni
rənglərlə işlənmiş səkkizguşəli ulduz və digər stilizə edilmiş nəbati və həndəsi elementlər bəzəyir.
Kiçik hissələrdən ikisində yalnız stilizə olunmuş nəbati və həndəsi elementlər təsvir edilmişdir.
Çulun haşiyələri müxtəlifdir. Ana haşiyə ara sahənin zolaqlarını təşkil edən “pitikli” elementlərindən təşkil edilmişdir.
Ana haşiyəni və ara sahəni qırmızı, mavi rəngli “qarmaqlı” haşiyə zolağı əhatə edir.
Çulun aşağı hissəsində qırmızı və yaşıl rəngli “siçandişi” elementləri təsvir edilmişdir.
Çulun rəng tərtibatında kontrastlığa və rəngarəngliyə üstünlük verilmişdir. Ara sahənin tünd-sürməyi rəngi ağ, sarı,
qırmızı, mavi, yaşıl və s. əlvan rənglərlə məharətlə uyğunlaşdırılaraq, gözəgəlimli rəng ahəngdarlığı yaradılmışdır.
Çulun əriş və arğacı yundur. Saxlanma vəziyyəti əladır. Bu məmulat tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...84