Tünd qırmızı yerlikli bu xalçanın ara sahəsində üç böyük ölçülü
göl təsvir edilmişdir. Göllərin içərisində toxucuların “çarhovuz”
adlandırdığı dördbucaqlı ele­ment yerləşdirilmişdir. Çarhovuzun
içərisində üz-üzə baxan iki ördək nəqş edilmişdir.
Hələ qədim zamanlardan Şərq dekorativ tətbiqi sənətində ördək
bəzək elementi kimi müxtəlif sənət əsərlərində təsvir edilmişdir.
Dördbucaqlı element səkkiz əjdaha və ya ilanabənzər elementlərlə
əhatə olunmuşdur. Bu elementlər təsvir forması olmaqla buludu
xatırladır.
Xalçanın ara sahəsi “S”-vari və başqa müxtəlif ölçülü doldurucu
elementlərlə nəqş edilmişdir. Xalçanın ağ yerlikli enli haşiyəsi Qarabağ
xalçaları üçün səciyyəvi olan klassik elementlərlə bəzədilmişdir. Bala
haşiyə isə üçbucaqlı həndəsi elementlərlə işlənmişdir. Bala haşiyənin
hər iki tərəfi “siçandişi” adlanan nəqşlərlə əhatə olunmuşdur.
Bu xalçada rəng çalarlarının incəliklə düzümü nəticəsində rəng
harmoniyası yaradılmışdır.
Xalça əla növlü parlaq yundan əyrilmiş və təbii
boyaqlarla boyanmış iplərdən istehsal edilmişdir.
48
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...68