Azərbaycanın tarixi-coğrafi ərazisində Qazax-Borçalı bölgəsi önəmli
yerə malik olmuşdur. Bu bölgə də digər bölgələr kimi Azərbaycanın
ümumi tarixi inkişafını əks etdirməklə bərabər, özünəməxsus cəhət­
lərə malik olmuşdur. Qazax-Borçalı bölgəsi bu özəllikləri ilə Azər­
baycan xalqının tarix və mədəniyyətini daha da zənginləşdirmiş,
onun həyatının bütün sahələrində dərin izlər qoymuşdur. 1918-1920-
ci illərdə baş verən hadisələr zamanı Borçalı torpaqları Ermənistan
və Gürcüstan arasında bölüşdürülərək Azərbaycandan ayrılmış,
nəticədə bölgənin tarixi vahidliyi və varisliyi pozulmuşdur. Qazax
Azər­baycan daxilində Gəncə bölgəsi ilə birlikdə Gəncə-Qazax bölgə­si
ki­mi ayrılmış, Borçalı isə Ümumazərbaycan tarixi kontekstindən da­
ha çox, Gürcüstan hüdudları çərçivəsində əlahiddə şəkildə nəzərdən
keçirilmişdir.Bunun nəticəsidir ki, Borçalı azərbaycanlılarının və ya
Borçalı türklərinin soykökü kimi (belə çıxır ki, hər bir tarixi-coğra-
fi bölgənin əhalisinin xüsusi soykökü olur) qeyri-elmi yanaşmalar
meydana gəlmişdir, halbuki burada bütövlükdə azərbaycanlıların
soykökündən və bölgənin bu prosesdəki özünəməxsusluğundan
bəhs edilə bilər. Bu kimi yanlış mülahizələr sonrakı tarixi hadisələrin
şər­hində də özünü göstərir. Beləliklə, Azərbaycanın ən mühüm və ən
maraqlı bölgələrindən birinin tarixinin obyektiv mənzərəsinin yara-
dılmasına böyük ehtiyac vardır.
Qazax-Borçalı bölgəsi ən qədim zamanlardan müasir dövrədək
Azər­baycan tarixinin keçdiyi bütün dövrləri özündə ehtiva edir.
Qırmızı körpü. XII əsr. Qazax.
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...124