7
7
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
kı, Gürcüstanda e. ə. VIII-VII əsrlərdə kəmərlər
(kim­merilər) və saklar (sakların tərkibində alban,
ba­sian, qarqar, quqar, şamak, şarvan, şirak, uti və
b.) var idi.
Makedoniyalı İsgəndərin (e. ə. 336-323) ölü­
mün­dən sonra onun imperiyası dağıldıqda
Azər­­baycanın cənubunda Atropatena, şımalında
isə Albaniya dövləti meydana gəldi. Bu dövrdə
Qa­­zax-Borçalı bölgəsinin xeyli hissəsi Albaniya
döv­lətinin tərkibinə daxil idi. Burada Albaniya­
nın Xunan şəhəri var idi. Bu şəhər Tovuz rayonu
ərazisindəki Torpaqqala ilə lokalizə edilir və ya
onun Xram çayının Kürə töküldüyü yerdə oldu­
ğu qeyd edilir. Xunan şəhərinin adı hunlarla bağ-
lı olmuşdur. Hunlar və ya hun tayfaları (kən­gə­
lər, peçeneqlər, geruslar və b.) ilk orta əsrlərdə
bu yerlərdə məs­kunlaşmışdır.
Albaniyada xristianlığın yayılması ilə əlaqədar
olaraq bölgədə xristian abidələri tikilmişdir. Yu-
xarı Əskipara kəndindəki xristian məbədi (V-VIII
əsrlər) bu dövrə aiddir. Bu kəndin ərazisində
qədim şəhər tipli yaşayış məskəninin də olduğu
müəyyən edilmişdir. Ağstafa rayonu ərazisində
isə Keşikçidağ monastır kompleksi tikilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-
ci il 19 dekabr tarixli sərəncamı ilə Keşikçidağ
silsiləsinin bir hissəsini əhatə edən mağaralar
kompleksi Dövlət tarix-mədəniyyət qoruğu elan
edilmişdir.
VII əsrdə islamdinininmeydana gəlməsi, Azər­
baycanın bütünlüklə Ərəb Xilafəti tərkibinə daxil
edil­məsi və burada islam dininin yayılması ölkə
Azərbaycan Ərəb Xilafəti dövründə
(VII əsrin II yarısı – IX əsrin I yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 16
Xəritə 2
Qədim qəbiristanlıq. E . ə. III minillik. Baba Dərviş yaşayış məskəni. Qazax.
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...124