6
6
səviyyədə idi. Ona görə Azərbaycanın şimal torpaq­ları
da güclü qonşularının diqqətini cəlb edirdi. Əhəməni
dövləti bu torpaqlara da nüfuzunu yaymağa nail ola
bilmişdi (Xəritə 1). Bunun izlərinə Qazax rayonunda
rast gəlmək mümkündür. Qazaxın Sarıtəpə yaşayış
yerindəki saray tipli bina qalığından daşdan yonulmuş
iki sütun altlığı (e. ə. V-IV əsrlər) tapılmışdır. Hə­min sü-
tun altlıqlqrı Əhəməni memarlığının təsirini özündə əks
etdirir. Belə güman etmək olar ki, tarixi Borçalı torpaqla-
rı Qazax ətrafında mövcud olmuş şəhər həyatının nüfuz
dairəsinə daxil idi.
Bütövlükdə Cənubi Qafaqazda, o cümlədən Azər­
bay­can ərazisində əhalinin etnik tərkibində türk mən­
şə­li etnosların olması barədə məlumatların hələlik e.
ə. VIII-VII əsrlərə aid olduğu bildirilir və qeyd edilir
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 13
Xəritə 1
Azərbaycan ərazisi
(e. ə. VI-IV əsrlər)
Qədim dövrə aid bəzək əşyaları. Qazax
Tarix-Diyarşünaslıq muzeyindən.
Qədim heykəltəraşlıq nümunələri. Qazax Tarix-Diyarşünaslıq
muzeyindən.
Sütun altlıqları. E. ə. V-IV əsrlər.
Sarıtəpə qədim yaşayış məskəni. Qazax.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...124