5
5
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
ilk metal-misdən istifadə etməyi öyrənır, istehsal tə­sərrüfatı
sahəsində (əkinçilik, maldarlıq və sənətkarlıq) irəliləyişlər
baş verir. Azərbaycan arxeologiyasında eneolit dövründən
bəhs edilərkən Leylatəpə yaşayış məskənindən (Ağdam ra-
yonu Quzanlı kəndi) aşkar edilmiş maddi qalıqlara əsasən
eyni adlı mədəniyyət (e. ə. IV minilliyin birinci yarısı) ayrı-
lır. Maraqlıdır ki, 2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan və
Cənubi Qafqaz Boru (qaz) Kəməri dəhlizində aparılan ar-
xeoloji qazıntılar zamanı Böyük Kəsik yaşayış məskənində
(Ağstafa rayonu) Leylatəpə arxeoloji mədəniyyətinə aid ma-
teriallar əldə edilmişdir. Bu tipli materiallar Ermənistan və
Gürcüstan ərazisindəki tarixi Azərbaycan torpaqlarından
da tapılmışdır. Leylatəpə mədəniyyəti ilk tunc dövrü üçün
səciyyəvi olan Kür-Araz mədəniyyətinin təşəkkülünə də təsir
göstərmişdir. Göstərilən faktlar hələ qədim zamanlardan bu
torpaqların eyni maddi-mənəvi mühitin tərkib hissəsi oldu-
ğunu təsdiq edir.
Azərbaycan dünya üzrə ilk dövlətlərin meydana gəldiyi
ərazilərdən biri olmuşdur. E. ə. III minillikdə Azərbaycanın
cənubunda ilk dövlət birlikləri (Aratta, Lullubi və Kuti) ya-
ranır. E. ə. II minilliyin sonları-e. ə. I minilliyin əvvəllərində
isə mərkəzləşmiş Manna dövləti yaranır və e. ə. VI əsrin
başlanğıcınadək mövcud olur. Bunun ardınca Midiya, Əhə­
məni və Makedoniya dövlətləri (e. ə. VII əsr- e.ə.V əsrin 20-ci
illəri) Yaxın və Orta Şərqdə əsas qüvvəyə çevrilir. Bu dövrdə
Azərbaycanın şimal torpaqları siyasi təşkilatlanmaya görə
cənubdan fərqli olsa da, iqtisadi-təsərrüfat baxımından eyni
İnsan skeleti. 1.77 milyon il əvvəl. Borçalı.
Damcılı mağarası. Qazax.
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...124