12
12
da möhkəmləndirdi. Təsadüfi deyil ki, Gür-
cüstanın şərq hissəsi XI-XIII əsrlər gürcü
mənbələrində “Didi Türkoba”-”Böyük türk
obası” adlandırılırdı.
Böyük Səlcuq imperiyasının dağılmasın-
dan sonra yaranan Azərbaycan Atabəylər
dövləti (1136-1225) tarixi Azərbaycan tor­
paq­larını birləşdirməyə nail olmuş, ölkənin
etnik və siyasi hüdudlarını bərpa etmişdir.
Atabəy Şəmsəddin Eldəniz (1136-1175) gür­
cülərin Qazax-Borçalı torpaqlarına hücum-
larının qarşısını almış, həmçinin öz sər­həd­
lərini genişləndirə bilmişdi.
XIII əsrin 20-ci illəri Azərbaycan tarixində
yeni mühüm hadisələrlə səciyyələnir. 1221-
ci ildə monqolların ilk yürüşü oldu (Xəri­tə
4). Tiflis yaxınlığındakı döyüşlərdə mon-
qollar gürcüləri məğlub etdilər. 1225-ci ildə
Xarəzmşah Cəlaləddin Atabəylər dövləti­nə
son qoydu. 1231-1239-cu illərdə mon­qol­la­
rın ikinci yürüşləri zamanı Dərbəndədək
olan bütün torpaqlar tutuldu. Azərbaycan
Azərbaycan (XIII-XIV əsrlər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 21
Xəritə 4
Qədim Qəbiristanlıq. İkinci Şıxlı kəndi. Qazax.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...124