3
Azərbaycan xalçaları / QUBA QRUPU
Azərbaycan xalçalarının Quba qrupu: ümumi
baxış.
Tarixi-coğrafi Şirvan ərazisində üç bö-
yük xalçaçılıq məktəbi və ya qrupu: Şirvan
(Şamaxı), Bakı və Quba təşəkkül tapmışdır.
Bu qruplardan hər biri həm ümumi köklərə,
həm də özünəməxsus xüsusiyyətlərə malik-
dir. Şirvan (Şamaxı) xalçaçılıq qrupundan
bəhs edilərkən göstərildiyi kimi “əslində,
Şirvanın tarixinin özü bu məsələyə tam ay-
dınlıq gətirir. Şirvan xanlıqlar dövrünədək,
demək olar ki, ümumi tarixi inkişaf yolu ke-
çir. Xanlıqların meydana gəlməsinin tarixi
şəraiti vəxanlıqlardövrüözüŞirvandaxilində
Şamaxı ilə birgə, Quba və Bakı xanlıqlarının
ayrılmasını şərtləndirir. Beləliklə, Şirvanın
ümumi tarixi ənənələrinə söykənən və yeni
tarixi şəraitdə inkişaf edən müstəqil siya-
si qurumların təsərrüfat-iqtisadi həyatında
da özünəməxsusluqlar yaranır”.
1
Quba xal-
çaçılıq qrupunun formalaşması da həmin
bölgənin tarixi inkişafının məntiqi nəticəsi
kimi baş vermişdir. Qubanın tarixi ərazisinin
istər Şirvanşahlar dövründə, istərsə də xan-
lıqlar dövründə Dərbənd və ətrafı ilə sıx bağ-
lı olduğuna görə Quba xalçaçılıq qrupu coğ-
rafi baxımdan daha geniş ərazini əhatə edir.
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...84