12
rus qarnizonuna köməyə gələn qüvvələr də üsyanın yatırılmasında fəal iştirak etdilər. Üsyanın
rəhbərləri və fəal iştirakçılarından 43 nəfər həbs olunaraq məhkəməyə verildi. Hacı Məmməd
edam olundu, Yarəli isə qaçıb gizlənə bildi.
Çarizmin 1837-ci il avqust-sentyabr Quba üsyanını yatırmasına və onun iştirakçılarına amansız
divan tutmasına baxmayaraq, Quba əyalətinin yuxarı mahallarında həyəcanlar davam edirdi.
Ona görə də 1838-ci ildə hə­min mahalların əhalisinə qarşı cəza ekspedisiyası təşkil edildi. İyun
ayında Acıaxur adlı yerdə baş verən döyüşdə düşmənlər qalib gəldi. Üsyançıların əksəriyyəti
dağlara çəkildi. Əhali Rusiyaya sədaqət andı içməyə və xəzinəyə bac verməyə məcbur edildi.
20
1830-cu illər üsyanı göstərdi ki, diyarı əvvəlki kimi idarə etmək olmaz. Ona görə də 1840-cı il
aprelin 10-da inzibati-məhkəmə islahatı keçirildi. Bu islahat nəticəsində yaradılan Quba qəzası
(Samur dairəsi ilə birlikdə) Dərbənd hərbi dairəsinə daxil edildi. 1846-cı ildə yenidən keçirilən
inzibati-ərazi bölgüsü nəticəsində Quba əyaləti yeni yaradılmış Dərbənd quberniyasının tərkibinə
qatıldı. Dağıstan vilayətinin idarə edilməsi haqqında 1860-cı il 5 may tarixli əsasnaməyə görə
Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasına daxil edildi.
Çarizmin həyata keçirdiyi bütün tədbirlərə baxmayaraq, Qubada etiraz dalğasının qarşısını
ala bilmədi. 1877-ci ildə də Qubada üsyan baş verdi. Çar hökumətinin üstün qüvvələri noyabrda
üsyanı yatırmağa nail ola bildi. XIX əsrin sonları – XX əsrin əvvəllərində də çar üsul – idarəsinə
qarşı narazılıqlar davam etmişdir.
Qafqaz təqviminin (1917) məlumatına görə Quba qəzasının sahəsi 6308,61 kv.verst idi. Qəzada
171248 nəfər əhali yaşayırdı. Onlardan 170148 nəfəri yerli sakinlər, 1100 nəfəri isə müvəqqəti
yaşayanlar idi. Qəza əhalisinin 91871 nəfəri kişi (53,65 %), 79377 nəfəri qadın (46,35 %) idi.
Müsəlmanların sayı 164,8 min nəfər idi. Qəzada 5206 nəfər rus qeydə alınmışdı. Quba şəhərində
26956 nəfər yaşayırdı.
21
XIX-XX əsrin əvvəllərində çarizmin müstəm­lə­kəçilik siyasətinə baxmayaraq Quba Şimali
Azərbaycanın sosial-iqtisadi həyatında mühüm yer tuturdu.Quba marenaçılığın (boyaq bitkisi)
əsas mərkəzlərindən biri idi.Ənənəvi istehsal sahələrindən olan xalçaçılıq,bağçılıq və s.sahələr də
inkişaf etməkdə idi.
Qaynaq: Рустамова-Тогиди С. Куба. Апрель-май, 1918 г. Мусульманские погромы в документах. Баку, 2010
Xəritə 3
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...84