6
hakimləri statuslarından istifadə edib güclənirdilər.
Azərbaycanın ölkə sistemində Quba da xüsusi yer
tuturdu. Qubanın ölkə kimi XVI əsrin sonların­
dan yarandığı qeyd edilsə də, onun həyatında əsas
hadisələr XVII əsrin II yarısında özünü göstərir.
Bunu iki hadisə ilə izah etmək olar: 1) Şabranın
dağıdılması nəticəsində bölgədə iqtisadi mərkəzin
Qubaya keçməsi; 2. Yerli siyasi hakimiyyətin güc­
lənməsi.
Məlumdur ki, Şabran 1668-ci ildə Stepan Razinin
yürüşü zamanı dağıdılmış, 1720-ci illər hadisələri
zamanı isə süqut etmişdir.
13
Bununla əlaqədar ola­
raq Qubanın rolu artmışdır. Hüseyn xanın şah Sü­
leyman (1666-1694) tərəfindən Quba və Səlyan ha­
kimi təyin edilməsi ilə bölgənin rolu güclənir.
Quba tarixindən bəhs edərkən şəhərin nə vaxt
salınması xüsusi sual kimi ortaya çıxır. Şəhərin
ya­ranması haqqında bəzi fikirlərə görə o, XVIII
əsrin 30-40-cı illərində meydana gəlmişdir.
14
La­
kin bu fikirlər tarixi reallığı əks etdirmir. Yuxarıda
göstərilən faktlardan aydın oldu ki, Quba qədim
yaşayış məskənlərindən olmuşdur. Söhbət Quba­
nın yaranmasından deyil, onun şəhər kimi forma­
laşmasından gedə bilər. Bu proses isə XVII əsrin
sonlarında əsas mərhələyə daxil olmuşdur. Bu fikri
təsdiq edən başlıca arqumentlərdən biri də Qubanın
bölgə yaradıcı funksiyasını da öz üzərinə götürmə­
si olmuşdur. Belə ki, şəhərlər ətrafındakı yaşayış
məskənlərinin mərkəzinə çevrilərək, yığıcı rol oy­
namağa başlayır. “Quba bölgəsi” anlayışı da tam
məzmunu ilə bu zamandan özünü göstərir. Hüseyn
xanın Qubada hakimiyyətə gəlməsindən bəhs edən
A.A.Bakıxanov yazırdı ki, “Hüseyn xan Qubadakı
Xudat qalasını təmir edib, özünə hökumət mərkəzi
qərar verdi”.
15
“Qubadakı Xudat qalası” ifadəsi də
deyilən fikri təsdiq edir.
Hüseyn xan 1689-cu ildə vəfat etdikdən sonra onu
oğlu Əhməd xan əvəz edir. XVIII əsrin əvvəllərində
onun ölümündən sonra hakimiyyət oğlu Sultan
Əhməd xana keçir. Quba şəhərinin bu dövrə aid
təsvirinə Rusiya elçisi A.P.Volınskinin, səfirliyin
(1716-1718) üzvüA.İ.Lopuxinin tərtib etdiyi səyahət
jurnalında (1718) rast gəlmək mümkündür. Jur­
nalda “Quba şəhəri haqqında məlumat” adlı kiçik
bölmə ayrılmışdır. Lopuxin burada 600 həyət oldu­
ğunu və insanların sərbəstliyini qeyd edir. Sultan
Əhməd xanın 14-dən çox yaşı olmadığı bildirilir.
Hərbi hissə isə 500 nəfərdən ibarət idi.
16
1720-ci illər hadisələri.
XVIII əsrin əvvəl­lərində
Səfəvilər dövlətinin tənəzzülü güclənir. Dövlətin
ərazisini üsyanlar bürüyür. Üsyan mərkəzlərindən
biri də Şirvan idi. Belə bir şəraitdə rus çarı I Pyotr da
şərq siyasətini fəallaşdırdı. A.P.Volınskinin başçılı­
ğı ilə İsfahana səfirlik göndərildi və s.
Şirvanda üsyana Hacı Davud başçılıq edirdi. Üs­
yançılar Şabran şəhərini tutdular və dağıtdılar. Qu­
bada da Sultan Əhməd xana qarşı üsyan baş ver­
mişdi. A.A.Bakıxanovun yazdığına görə “az bir
mühasirədən sonra Xudat qalası alındı. Sultan Əh­
məd xan da qaçdığı zaman tərəfdarları ilə bə­rabər
Azərbaycan xanlıqları (XVIII əsrin II yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, səh. 32
Xəritə 1
Qala divarları. Orta əsrlər. Şabran rayonu, Şahnəzərli kəndi.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...84