11
onları təmin etmədiyindən Quba əyalətinin mahallarının starşinaları Reu­
tun cavabı ilə əlaqədar Qunduzqala kəndində yığıldılar və süvari toplan­
masına son qoyulmasını tələb etdilər. Reut vəziyyəti belə gördükdə Tip
mahalının naibi mayor İsa bəyi xüsusi tapşırıqla Qunduzqalaya göndərdi.
İsa bəy həm komendant Qimbutla, həm də bəzi yerli əyanlarla düşmənçilik
edirdi. Ona görə də o yaranmış vəziyyətdən mövqeyini möhkəmləndirmək
üçün istifadə etməyi qərara aldı. Bu məqsədlə həyəcanlanmış əhalini sü­
vari verməkdən imtina etməyə çağırırdı. Bu çağırış təsirini göstərdi,
kəndlilər süvari verməməyə və bu işdə möhkəm dayanmağa and içdilər.
İsa bəy yalnız bundan sonra kəndlilərə evlərinə dönməsini, starşinalara
isə general Reuta ehtiyacları barədə ərizə ilə müraciət etmələrini bildir­
di. Az keçməmiş Reut starşinaları qəbul etdi. Onlar vergilərin azaldılması
süvarilərin toplanmasına son qoyulması, Quba vilayətinin komendantı və
iki naibin vəzifəsindən kənar edilməsini və başqa tələbləri irəli sürdülər.
Reut vergilərin azaldılması və yuxarı-dağlıq mahalların birləşdirilməsi
istisna olmaqla digər tələbləri ye­rinə yetirdi. Bu, kəndlilərin evlərinə qa­
yıtmasına səbəb oldu. Kəndlilərin hə­yəcanı bununla bitmədi, əksinə daha
yüksək mərhələyə – silahlı üsyana keçdi. Qubalıların Dağıstanda dağlıların
1835-ci ildən başlayan milli-azadlıq hərəkatının rəhbəri Şamil ilə əlaqələri
də mühüm rola malik idi. O, Yuxarıbaş mahalı kəndlilərinin buradakı
hadisələr haqqında məktubuna cavab olaraq onları çar məmurlarına inan­
mamağa və silahlı mübarizəyə ça­ğırırdı.
Quba vilayətində silahlı kəndlilər vergilərin azaldılması tələbi ilə çıxış
et­məyə başladılar. Belə bir vaxtda lap əvvəldən Quba hadisələrində fə­al
iştirak edən Xuluq kəndinin starşinası Hacı Məmmədin qızının toyu mü­
nasibətilə yuxarı mahallardan və Tip mahalından onun evinə yığışan
200-dək kəndli üsyana başlamağı qərara aldı. Bu barədə ətraf kəndlərə xə­
bər göndərildi. Üsyanın rəhbəri Hacı Məmməd, onun köməkçisi Yarəli adlı
nüfuzlu kəndli oldu. Üsyanın əsas hərəkətverici qüvvəlləri kəndlilər idi.
Bununla birgə yuxarı zümrəyə məxsus olan bəylərin xeyli hissəsi də üsya­
na qoşulmuşdu. Şəhər əhalisinin müxtəlif təbəqələri də üsyanda fəal iştirak
etmişdi. Yarəlinin rəhbərliyi altında üsyançı dəstəsi 22-ci Don polkunun 50
nəfərlik komandasını əsir götürdü. Avqustun 28-də isə Xudat postu tutul­
du. Hacı Məmməd burada xan seçildi. Üsyançıların sayı getdikcə artmağa
başladı. Onlar Quba şəhərinə doğru yönəlib avqustun 30-da onu mühasirə
etdilər və burada keçirilən Şurada şəhərə hücum etməyi qərara aldılar. La­
kin üsyançılar hücum planını sürətlə həyata keçirmək əvəzinə ləngidilər.
Qimbut çıxarıldıqdan sonra Quba əyaləti komendantı vəzifəsini icra edən
mayor İşşenkovun komandanlığı ilə orada olan 600 nəfərlik qarnizon mü­
dafiə tədbiri görməyə başladı. Üsyançılara qarşı mübarizə aparmaq üçün
əlavə qüvvələr də səfərbər edilməsinə xüsusi diqqət verilirdi. General Reut
iki topla silahlanmış 550 nəfərlə Samur çayınadək gəldi, lakin qorxudan
irəli gedə bilməyib geri döndü. Sentyabrın əvvəllərində Qafqazdakı rus
qoşunlarının baş komandanının əmri ilə üsyançılara qarşı xeyli qüvvə
göndərildi. Bu dövrdə üsyançıların sayı 12 min nəfəri əhatə edirdi.
Hacı Məmməd Quba şəhər əhalisinə məktubla müraciət edərək onların
köməyinə əmin olduqdan sonra sentyabrın 4-dən 5-nə keçən gecə hücu­
ma başladı. Üsyançılar üç dəstəyə bölündülər. Sentyabrın 5-də hava işıq­
lananda birinci və ikinci dəstə şərqdən və qərbdən hücuma keçdilər, la­
kin rus əsgərlərinin güclü artilleriya atəşi ilə qarşılaşdılar. Ona görə də
q­a­la divarlarına qalxmaq mümkün olmadı. Yarəlinin üçüncü dəstəsindən
olan 1000 nəfərədək üsyançı isə dağ cığırları ilə şəhərə daxil oldu, şəhər
məhkəməsinin binasını tutdular və onun mərkəzi meydanınadək irəliləyə
bildilər. Lakin üsyançılar tezliklə artilleriya atəşinə məruz qaldı və müxtəlif
istiqamətdə dağılışaraq şəhərlilərlə birgə müqaviməti davam etdirdilər.
Yaxşı silahlanmış rus əsgərləri saat 3-ə yaxın qəhrəmancasına vuruşan
üsyançıların müqavimətini qırmağa və Quba şəhərini 1806-cı ildən son­
ra ikinci dəfə işğal etməyə nail oldular və sentyabrın 10-da qala divarları
ya­xınlığındakı üsyançı dəstəsi üzərinə əks hücuma keçdilər. Üsyançılar
düşmənin gözlənilməz zərbəsindən uğursuzluğa düçar oldular. Qubadakı
Azərbaycan xalçaları / QUBA QRUPU
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...84