5
əvvəllərinədək olan vəziyyəti Azərbaycanın arxeoloji abidələrinin külliy­
ya­tının birinci buraxılışında ümumiləşdirilmişdir.
6
Müstəqillik dövründə
Quba-Xaçmaz bölgəsinin arxeoloji cəhətdən öyrənilməsi daha geniş miqyas
almışdır. Arxeoloji tədqiqatlardan aydın olur ki, Quba ərazisində eramız­
dan xeyli əvvəllərdən başlamış son orta əsrlərədək olan dövrləri əhatə edən
arxeoloji abidələr (İbrahimxəliltəpə (e.ə. II minillik), Göytəpə (III-VII əsrlər),
Xuçbala (IV-VII əsrlər), Sandıqtəpə (IV-XIV əsrlər) və b.) aşkar edilmişdir.
Bəzən Quba adının ilk dəfə VIII əsr hadisələri ilə əlaqədar “Dər­bənd­
namə”də çəkildiyi qeyd edilir.
7
Lakin Qubanın Sasani hökmdarı Firuzla (V
əsr), yaxud ərəblərin köçürmə siyasəti ilə əlaqələndirilməsi (VII əsr) onun
əvvəlki dövrlərdə təşəkkül tapdığını düşünməyə əsas verir. Qubanın sosial-
iqtisadi həyatda rolu XVI əsrdən artmağa başlayır. Azərbaycanın orta əsrlər
şəhər tarixinin tədqiqatçısı M.Heydərov bir sıra qaynaqlar üzrə (Don Juan
(Oruc bəy Bayat), MünəccimYəzdi və b.) araşdırmalardan belə nəticəyə gəlir
ki, XVI əsrin kiçik şəhərləri içərisində Qubanın da adı çəkilir.
8
XVI əsrə aid
digər maraqlı bir fakt isə S.Aşurbəylinin tədqiqatlarında əks olunmuşdur.
O, yazırdı ki, XVI əsr Şirvan xalçaları arasında üzərində at və dəvələr min­
miş adamlar olan “Quba xalçası” məşhur idi.
9
Azərbaycan Səfəvi dövlətinin
(1501-1736) ya­ranmasından sonra Qubanın adı siyasi hadisələrlə də əlaqədar
çəkilməyə başlayır. Ş.Fərzəlibəyli Mustafa Ali Əfəndinin “Künhul-Əxbar”
əsərinə əsa­sən yazır ki, 1578-ci ildə osmanlılar Şirvanı ələ keçirdikdən sonra
onu Böyük və Kiçik Şirvan əyalətlərinə bölmüşdülər.Kiçik Şirvanın (mərkəzi
Dərbənd) üçüncü inzibati sançağı Quba idi.
10
Həmin dövr hadisələrindən
yazan digər osmanlı tarixçisi İbrahim Əfəndi Peçəvi də qubalılardan bəhs
edir.
11
Lakin belə ehtimal etmək olar ki, Qubanın tarixində əsas dönüş XVII
əsrin sonlarından başlayır.
Quba XVII əsrin sonlarından 1720-ci illərin əvvəl­lərinədək.
Səfəvi döv­
lətinin idarə siste­mində ulka (və ya ölkə) müəyyən yer tuturdu. “Şah tərə­
findən şəxsən əmirə, yaxud tayfayamüəyyənməqsəd və xüsusi şərtlərlə bəxş
olunan ərazi türk dilindəki “ulka” termini ilə ifadə olunur və Azərbaycan
türkcəsində isə “ölkə” kimi tələffüz olunurdu... Mənbələrdəki materialla­
rı nəzərdən keçirdikdə aydın olur ki, ulka ayrı-ayrı əmirlərə müvəqqəti,
yaxud daimi olaraq onun məişət və güzəranı, dolanışığı, həm də dövlətə
işləyib az miqdarda qoşun saxlaması şərti ilə verilirdi”.
12
Beləliklə, ölkə
Beşbarmaq səddi. Siyəzən.
Qala divarları. Orta əsrlər.
Şabran rayonu, Şahnəzərli kəndi.
Saxsı qab fraqmenti. Orta əsrlər. Şabran.
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...84