8
Fətəli xan Rusiya xeyrinə kəşfiyyat aparan akademik S.M.Qmelinin ölümünə
bais olan Qaytak üsmisini cəzalandırmaq bəhanəsi ilə general İ.F. de Medemin
komandanlıq etdiyi rus qoşunlarının yürüşündən (1775, mart) istifadə edərək
təşəbbüsü ələ aldı, Quba azad olundu.
Fətəli xan 1775-ci ilin yazında Dərbənd hakimi Mirzəbəy Fərhadbəyov baş­
da olmaqla rus sarayına elçilik göndərdi. Lakin II Yekaterina Quba xanlığı­
nın müstəqilliyi saxlanmaq şərti ilə onun Rusiyanın himayəsi altına keçməsi
təklifini qəbul etməkdən imtina etdi.
1782-ci ildə Quba xanlığı ilə Rusiya arasında ticarət müqaviləsi imzalandı.
Fətəli xan 1780-1781-ci illərdə Qarabağ xanlığı uğrunda mübarizəyə başla­
dı, lakin onu tuta bilmədi. Azərbaycanın cənubunda isə siyasət daha uğurlu
oldu: Ərdəbil və Meşkin tutuldu (1784). II Yekaterina Quba xanlığının möh­
kəmlənməsindən ehtiyat edərək, onun tutduğu torpaqları tərk etməsini tələb
etdi, bu yerinə yetirildi. Fətəli xan 1787-ci ildə ikinci dəfə Rusiyanın himayəsinə
keçmək üçün müraciət etdi. Rusiya Türkiyə ilə müharibə apardığından (1787-
1791) bu dəfə də təklifi qəbul etmədi.
Fətəli xan 1787-ci ildə gürcü carı II İrakli ilə ittifaq bağladı. 1789-cu ildə Fətəli
xanın ölümü ilə vəziyyət dəyişdi, Quba xanlığının tərkibinə daxil edilmiş xan­
lıqlar müstəqilləşdilər.
Fətəli xandan sonra hakimiyyətə gələn oğlu Əhməd xanın qısa xanlıq döv­
ründə yalnız Dərbənd xanlığı onun tabeliyində qalmaqda idi. Dərbəndi də
ruslar 1796-cı ildə işğal etmiş, II Yekaterinanın ölümündən sonra onu tərk et­
məyə məcbur olmuşdular. Rusiya imperiyası yenidən XIX əsrin əvvəllərində
Azərbaycan torpaqlarının işğalına başladı.
Xanlıq dövründə Qubanın iqtisadi həyatının əsasını kənd təsərrüfatı və
sənətkarlıq təşkil edirdi.Əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi.
XIX-XX əsrin əvvəllərində.
Rusiya imperiyası 1806-cı ildə Quba xanlığını işğal
etdi. Xanlıq əyalətə çevrildi. Əyaləti Gürcüstan Baş rəisliyinin tabeliyindəki naib
idarə edirdi. 1809-cu ildə Quba əyalətini idarə etmək üçün A.A.Bakıxanovun
Kaspi vilayəti Quba qəzasının gerbi. 1840-cı il.
Məzar daşı. 1795-ci il. Quba.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...84