7
ələ keçib öldürüldü. Onun südəmər körpə oğlu
Hü­seynəli xanı tərəfdarlarından bəzisi gizlicə Axtı
kəndinə aparıb saxladılar”.
17
Sultan Əhməd öldürüldükdən sonra Quba üsyan­
çıların əlinə keçdi.
Rusiyanın Azərbaycana yürüşü, Quba çar ha­ki­
miyyəti dövründə.
Çar I Pyotr müəyyən hazırlıq­
lar­dan sonra Azərbaycanda hərbi əməliyyatlara
baş­ladı. 1722-ci ilin avqustunda rus qoşunları Dər­
bəndə daxil oldu, sonra Müşkür tutuldu. Lakin I
Pyotr işğal planında dəyişiklik etdi, qoşunun bir
hissəsi Rusiyaya qaytarıldı, çar da geri döndü. 1723-
cü ilin iyununda general Matyuşkin Bakını işğal
etdi. Rusiya-Səfəvi Peterburq (1723, avqust) və Ru­
siya-Osmanlı İstanbul müqaviləsi ilə (1724, iyun)
Azərbaycan torpaqları bölüşdürüldü. Quba bölgəsi
də digər Xəzərsahili torpaqlarla birgə çar Rusiyasına
keçdi. Rusiya hakimiyyəti Sultan Əhməd xanın oğlu
Hüseynəli xanın irsi mülkünə sahibliyi­ni təsdiq
edib, bu yol ilə orada möhkəmlənməyə ça­lı­şırdı.
Rusiya 1735-ci il Gəncə müqaviləsi ilə işğal et­diyi
əraziləri tərk edənə qədər Quba onun ha­ki­miy­yəti
altında qaldı.
Nadir şah dövründə (1736-1747).
Nadir Səfəvilərin
ərazisini hücumlardan və işğallardan azad etdik­dən
sonra özünü şah elan etdi. Hüseynəli xan Nadir
şah­la da yaxşı münasibət yaratmışdı. A.A.Bakıxa­
nov yazırdı ki, “Hüsey­nəli xan, göstərdiyi ixlas və
xid­­mətlərinə görə Nadir şahın əsrində də iltifa­ta
nail olmuşdu. Nadir şah Səlyanı da qabaqkı qə­rar
üzrə ona bağışlamışdır”.
18
Lakin Nadir şahın ha­ki­
miyyəti uzun sürmədi, o, 1747-ci ildə öldürüldü.
Azərbaycanda müstəqil və yarımmüstəqil xanlıqlar
yarandı.
Quba xanlığı.
Nadirin ölümündən sonra Hü­sey­
nəli xan xanlığın müstəqilliyinə nail oldu.
19
Xan­lıq
Azərbaycanın şimal-şərqində yerləşib Dər­bənd xan­
lığı, Kürə torpaqları, Şəki, Şamaxı və Bakı xan­lıqları
ilə qonşu idi. Xanlığın mövcud oldu­ğu dövr ərzində
burada Hüseynəli xan (1720-1758), Fə­təli xan (1758-
1789), II Əhməd (1789-1791), Hə­sən xan (1791-1799),
Şeyxəli (1791-1820) hökmran­lıq etmişdir. Hüseynəli
xan xanlığın ərazisini ge­niş­ləndirmək siyasəti hə­
yata keçirməyə başlamış, 1757-ci ildə Salyan tutul­
muşdur.
Hüseynəli xanın oğlu Fətəli xan dövründə xanlı­
ğın genişləndirilməsi siyasəti davam etdirildi. Əv­
vəlcə Samur çayının sağ sahilindəki torpaqlar (Müş­
kür, Niyazabad, Şabran və b.), sonra isə Dər­bənd
xanlığı (1759), Bakı xanlığı (1767), Şamaxı və Cavad
xanlıqları (1768) tabe edildi. Beləliklə, Azər­baycanın
şimal-şərq torpaqlarını əhatə edən bir dövlət tə­şək­
kül tapdı. Bu, Quba xanlığına qarşı müqaviməti
güc­ləndirdi, Qarabağ, Şəki və Dağıstan hakimləri
ilə Quba xanlığı arasında Gavduşan çölündə (Xudat
yaxınlığında) 1774-cü ildə döyüş oldu. Fətəli xan
birləşmiş qüvvələrlə döyüşdə məğ­lub oldu. Quba
və Şamaxı tutuldu. Dərbənd mü­hasirə edildi. Fətəli
xan Salyana çəkildiyindən Dər­bəndin mühasirəsinə
arvadı Tuti Bikə rəhbərlik edirdi.
Quba xanlığı (XVIII əsrin II yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 33
Xəritə 2
Quba: təbiət mənzərəsi.
Azərbaycan xalçaları / QUBA QRUPU
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...84