9
atası Mirzə Məhəmməd xan başda olmaqla, dörd nüfuzlu
bəydən ibarət Quba idarəsi yaradılmışdır.
Quba xanı Şeyxəli xan isə çar Rusiyasına qarşı mübarizəsini
davam etdirirdi. Yeni üsul-idarədən narazı olan xalq kütlələri
də onu müdafiə edirdi. 1810-cu ildə Qubada Şeyxəli xanın baş­
çılığı ilə üsyan baş verdi, lakin üsyan çar hökuməti tərəfindən
yatırıldı. Üsyandan sonra Qubada komendant üsul-idarəsi for­
malaşdırıldı. Quba əyaləti Bakı və Dərbənd əyalətləri ilə birgə
Dağıstan dairəsində birləşdirildi.
1826-cı il “ümummüsəlman üsyanı” Qubanı da əhatə et­
mişdir. Çar hökuməti 1826-1828-ci illər rus-İran müharibəsi
dövründə baş vermiş bu üsyanları da yatırmağa nail oldu.
Buna baxmayaraq, xalq – azadlıq hərəkatının qarşısını almaq
mümkün olmadı. 1830-cu illərdə Şimali Azərbaycanda baş
vermiş üsyanlardan ən böyüyü 1837-ci ildə Qubada baş ver­
mişdir.
Quba üsyanı dövrün ən böyük antimüstəmləkəçilik çıxış­
larından idi. XIX yüzilliyin ­30-cu illərində Quba əyalətində
müstəmləkə əsarəti daha ağır şəkildə təzahür edirdi. Kənd­
lilərin istismarı, çar məmurlarının özbaşınalığı son həddə
çatmışdı. Quba əyalətinin dövlət rəiyyətləri hər il ailə başı­
na 1 rub. 50 qəpik gümüş pul, müxtəlif miqdarda taxıl ver­
gisi verirdilər. Bundan başqa digər mükəlləfiyyətlər də da­
şımaq tələb olunurdu. Quba əyaləti komendantı vəzifəsini icra edən 1837-ci ilə dair
məlumatında kəndlilərin 7 növ xəzinə mükəlləfiyyəti daşıdığını qeyd edir. Xüsusi sa­
hibkar rəiyyətlərinin və rəncbərlərinin, həmçinin nökərlərin də vəziyyəti ağır idi.
Əhalinin vəziyyətini pisləşdirən ən mühüm amillərdən biri də iltizam sistemi idi.
Quba əyalətindəki keçmişdə xanlara məxsus olan otlaqlarla birgə icma otlaqları da
müsadirə olunaraq xəzinənin ixtiyarına verilmişdi. Xəzinə isə bu otlaqları iltizama ve­
rirdi. Beləliklə, əhali öz otlaqlarından ağır şərtlərlə istifadə etməli olurdu.
Əyalətin vəzifəli şəxslərinin özbaşınalığının bütün ağırlığı da kəndlilərin üzərinə
düşürdü. Komendant polkovnik Qimbutun dövründə vəziyyət daha da pisləşdi. Çar
məmurları kəndlilərin vəziyyətini nəzərə almadan bütün əvvəlki borcların və yeni
vergilərin ödənilməsini irəli sürür, onları topladığı taxılı bazar qiymətlərindən üç dəfə
aşağı olmaqla ordu üçün tədarükə verməyə məcbur edirdilər.
Vergilərin yığılmasında da sui-istifadə halları baş alıb gedirdi. Buduqda mineral
su ilə əlaqədar tikinti işləri üçün kəndlilərdən toplanan vergi sənədlərdə 179 rubl 60
qəpik göstərildiyi halda, əslində 500 gümüş rubl pul toplanmışdı. Pulun artıq hissəsi
əyalət rəhbərləri, xüsusilə komendant Qimbut tərəfindən mənimsənilmişdi. Komendant
cəzasız qaldığını görərək özbaşına əlavə vergilər təyin edir, kəndliləri özünə işləməyə
məcbur edirdi. İş o yerə çatmışdı ki, Qimbut zəkatı da ələ keçirirdi.
Əyalət komendantının qeyri-qanuni fəaliyyəti bəzi mahal naiblərinin də istədikləri
kimi hərəkət etməsinə şərait yaradırdı.
Vergilərin yığılmasının iltizama verilməsi nəticəsində iltizamçı kəndliləri soyur, on­
ların olan-qalanını əllərindən alırdı. Məhkəmə və digər işlərin həllində də qayda-qa­
nun yox idi. Beləliklə, Quba əyalətində müstəmləkəçilik əleyhinə çıxış üçün zəmin ye­
tişmişdi. 1837-ci­ilin əvvəllərində Varşavada yerləşən süvari müsəlman polkuna bütün
əsləhəsi ilə 36 atlı toplanması üsyan üçün bəhanə oldu. Burada əsas məsələ əhalinin
orduda qulluq etmək istəməməsi deyil, bu halın onların qarət edilməsindən ötəri əlavə
problem yaratmasında idi. Belə ki, Quba əyalətindəki özbaşınalıqlar nəticəsində bir atlı­
nın təminatı digər əyalətlərdən 2-2,5 dəfə çox olub 350 rubl təşkil edirdi.
1837-ci ilin aprel ayında dağlıq Yuxarıbaş mahalında atlı verilməsinə etiraz etmək
qərara alındı. Tezliklə digər dağlıq mahalları – Sırt və Anaqdərənin starşinaları da Yu­
xarıbaş mahalının Xızra kəndində toplandı və onların etirazına qoşuldu. Vahid hərəkət
xətti müəyyən etmək mümkün olmadığından müşavirəni Gil kəndi yaxınlığındakı
Qırxbulaq adlı daimi ümümi yığıncaq yerində davam etdirmək qərara alındı. Bura­
da atlı verilməməsi barədə andlı öhdəlik qəbul edildi və hərbi dairə rəisi Reuta ərizə
ilə müraciət olundu. Kəndlilər ərizələrinə cavab ala bilmədikdə tələblərinin ödənməsi
uğrunda mübarizəyə başladılar. Belə olduqda Reut əhalidən süvarilər tələb olunmaya­
cağını, lakin bəzi bəylərə könüllülər toplamaq hüququ veriləcəyini bildirdi. Bu qərar
Azərbaycan xalçaları / QUBA QRUPU
Quba xanlığına aid gümüş abbası.
Quba şəhəri.
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...84