13
Rusiyada 1917-ci il Fevral inqilabı nəticəsində çar hökuməti devrildi, Müvəqqəti hökumət ya­
radıldı. Başqa yerlərdə olduğu kimi Quba qəzasında da Müvəqqəti hökumətin yerli orqanlarının
təşkilinə başlandı. Martın sonlarında Qubada ictimai təşkilatların icraiyyə komitələri yaradıldı.
Peterburqda 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması ilə sovetləşmə başlandı.
Quba soyqırımı.
1917-ci il oktyabr çevrilişindən sonra Bakıda hakimiyyəti ələ almış Bakı So­
veti Quba qəzasını sovetləşdirmək pərdəsi altında azərbaycanlılara qarşı soyqırımı həyata ke­
çirdi. 1918-ci il aprelin 21-də Bakı bolşevik təşkilatı və Bakı Soveti Quba qəzasına hərbi dəstələr
göndərdi. Aprelin 23-də qəzada sovet hakimiyyəti elan olunmuş, qəza hərbi-inqilab komitəsi
yaradılmışdır. Quba qəzasında azərbaycanlılara qarşı soyqırımı mayın 1-də başlamış və doqquz
gün davam etmişdir. Qubada törədilən soyqırımlarını daşnak Hamazaspın başçılıq etdiyi erməni
cəza dəstələri həyata keçirmişdir. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.F.Novatskinin
Quba şəhərinin və qəza kəndlərinin dağıdılması, onların sakinlərinə qarşı edilən zorakılıqlar
haqqında məruzəsində göstərilirdi ki, Hamazaspın cəza dəstəsi Qubaya Şaumyanın göstərişi
ilə göndərilmiş, dəstənin döyüşçülərini hərbi komissar Korqanov seçmişdi. Dəstə yalnız Daş­
naksutyun partiyasının üzvü olan təqribən iki minə yaxın ermənidən təşkil edilmiş, başçı Ha­
mazasp, komissarı isə Venuns soyadlı biri təyin edilmişdi. Məqsəd azərbaycanlıları qırmaqdan
ibarət olmuşdur. Hesablamalara görə Hamazaspın dəstəsi Quba şəhərində 3000-dək dinc sakini
qətlə yetirmiş, 4 milyon manat nağd pul, həmçinin 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və
digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif əşyalar qarət etmişdir. Quba qəzasında 122
müsəlman kəndi dağıdılmış və yandırılmış, əhalisi kütləvi şəkildə qət­lə yetirilmişdir.
22
Yalnız
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə­ti­cəsində azərbaycanlılara qarşı növ­bəti soyqı­
rımları aradan qaldırıldı.
Azərbaycan Demokratik Respubli­kası dövründə (1918-1920).
1918-ci il may ayının 28-də elan
edilən Azər­bay­can Demokratik Respublikası öz ha­kimiyyətini Quba qəzasında da bər­qərar
etdi. Parlamentin 1919-cu il 2 iyul tarixli qərarı ilə səpmə yata­laq­la mübarizə üçün Quba şəhər
özü­nüidarəsinə 100 min manat məbləğin­də faizsiz borc ayrılmışdı. Aprelin 12-də isə Qusar
sahəsinin Xuluq kəndin­də ali ibtidai məktəb açılması barədə qanun qəbul olunmuşdur.
23
Lakin
Azərbaycan Respublikası
Qaynaq: War against Azerbaijan. Targeting Cultural Heritage. Baku, 2007
Xəritə 4
Azərbaycan xalçaları / QUBA QRUPU
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...84