4
Quba bölgəsinin coğrafi ərazisi.
Quba bölgəsi tarixi Şirvan əra­
zisinin bir hissəsini təşkil etmişdir. A.A.Bakıxanov “Gülüstani-
İrəm” əsərində (1841) Şirvan ərazisi haqqında yazırdı ki, “Şirvan
məm­ləkəti Səlyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə,
Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar,
ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir”.
2
Quba bölgəsi Şir­
vanın şimal-şərqində yerləşib, tarixi-coğrafi baxımdan indiki Qusar
(1,54 min km
2
.), Xaçmaz (1,05 min km
2
.), Quba (2,5 min km
2
.), Şab­
ran (1,09 min km
2
.) və Siyəzən (0,70 min km
2
.) ra­yonlarını (6,96 min
km
2
.) əhatə edirdi. Hazırda bu rayonlar daha çox Quba-Xaçmaz
bölgəsi kimi adlandırılır. Müəyyən tarixi dövrlərdə, xüsusilə Fətəli
xanın dövründə Quba xanlığı daha geniş əraziləri birləşdirməyə
nail olmuşdur. Bölgə dağlıq, dağətəyi və ova­lıq hissələrdən ibarət
olub, zəngin flora və faunaya malikdir.
“Quba” toponiminin etimologiyası.
Azərbay­can toponimləri en­
siklopedik lüğətində qeyd edilirdi ki, Quba sözünün “qıpçaq mən­
şəli qədim türkdilli kuba / kuva tayfasının adı ilə bağlılığı ehtimal
edilir. Kuba / Kuva formasında bu tayfa qırğızların və özbəklərin
içə­risində də mövcuddur. Kuba toponimi Şimali Qafqazda, Orta
Asiyada, Qazaxıstanda və Dağlıq Altayda da vardır. Qudyal çayı­
nın adı ilə keçmişdə Qudyal şəhərinin ətrafında 18-ci əsrin ortala­
rında qala divarları çəkildikdən sonra isə Qudyalqala da adlandı­
rılmışdır”.
3
S.Aşurbəyli isə bu adı VII əsrdə Mədinə yaxınlığındakı
Quba şəhərindən olanların buraya köçürülməsi ilə əlaqələndirir.
4
“Quba” sözünün etimologiyası haqqında digər fərziyyələr də (Sa­
sani çarı Qubadın (488-531) adı ilə bağlı olması, “qübbə” sözündən
əmələ gəlməsi və s.) vardır. Qubanın etimologiyasına dair mövcud
fikirləri təhlil edən Ş.Fərzəlibəyli haqlı olaraq belə bir fikrə gəlir ki,
“Quba” toponimi özündə bir çox mənanı əks etdirən mürəkkəb
bir ifadədir. Quba şəhərinin adını xarakterizə edən mənanın isə nə
kimi məzmuna malik olduğu hələ də dəqiqləşdirilməlidir”.
5
Quba qədim dövrdən XVII əsrin sonlarınadək.
Quba bölgəsinin
qədim tarixi haqqında arxeoloji qazıntılar məlumat verir. Quba-
Xaçmaz bölgəsinin arxeoloji cəhətdən öyrənilməsinin 1990-cı illərin
Çıraqqala. V-VI əsrlər. Şabran.
Buduq kəndindən görünüş. Quba.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...84