60
Xalça Quba qrupuna aiddir. Xaçmazın Seyidlər kəndində toxunmuşdur. Xalça əl
işidir, xovludur. Materialı yundur. Xalça ara sahə və haşiyə zolağından ibarətdir.
Haşiyə zolağını üç hissə təşkil edir.
Bütün Quba xalçalarında olduğu kimi bu xalçanın haşiyə zolağı üzərində də nə­
bati elementlər kiçik ölçüdə və zərif toxunuşla icra edilib. İki kənar haşiyə zolaqla­rı
isə simmetrikdir, onların içərisindəki naxışlar eynidir. Mərkəzdəki ana haşiyə zolağı
içərisində toxunmuş kvadratın dörd küncündən ətraflara qarmaq şəklində haçala­
nan həndəsi formalı buynuz elementi görünür. Bu qarmaq formalı elementlər qoç
buy­nuzunu xatırladır. Azərbaycan nağıllarında, əfsanələrində buynuzlu heyvanla­
rın qüvvət, qüdrət rəmzi kimi çıxış etdiyi məlumdur. Bu kiçik haşiyə zolağının ele­
ment­ləri içərisində müxtəlif rəngli nöqtələr toxunmuşdur. Xalçaçı bu nöqtələr va­
sitəsilə öz toxuduğu xalçanı nəzərdən qorumaq niyyətində olub.
Ara sahə də müxtəlif formalı altıbucaqlı həndəsi naxışların rapportlar şəklində
təkrarlanması nəticəsində təşkil olunmuşdur. Onların konturları rəngarəngdir. Ara
sahənin naxışları ilə ana haşiyənin elementləri arasında bir növ yaxınlıq vardır. Ara
sahədə ətraf tərəflərə burulmuş buynuzabənzər elementlər toxunmuşdur ki, onlar
da eyni mənanı – qüvvət və gücü tərənnüm edirlər. Bu rapportlar şəklində toxun­
muş həndəsi elementlərin arasında beşbudaqlı ağac elementinin sxematik təsvirləri
toxunmuşdur. “Həyat ağacı”, “İdrak ağacı” kimi təsnif edilən bu element əbədi hə­
yat simvolu hesab olunur.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...84