44
Xalçanın yuxarı hissəsində məscid təsvir edilmişdir. Məscid dörd­minarəlidir.
Ara sahənin aşağı hissəsində sütunlar arasında çil-çıraq motivləri vardır. Sütunlar
arasında mərkəzə yaxın sahə “mehrab”şəkilli his­sə­lə­rə ayrılmışdır.
Ara sahəni, yuxarı və aşağı hissəni ayıran mavi yerlikli haşiyə Şirvan xalçaları
üçün səciyyəvi olan qırmızı, şəkəri rənglərlə işlənmiş mo­tivlərlə bəzədilib.
Xalçanın ağ yerlikli ana haşiyəsi kənarları çıxıntılı me­dalyonlarla
bəzədilib. Haşiyənin boşluqlarında güllü-yarpaqlı budaqlar vardır.
Haşiyə motivləri zoğalı, sür­məyi, sarı, tünd-yaşıl, mavi, ağ rənglərlə
tərtib edilib. Ha­şiyə hər iki tərəfdən sarı rəngli “siçandişi”lərlə ta­
mam­­lanır.
Xalçanın yuxarı hissəsində, ara sahənin künclərində şəkəri yerlikli dördbucaqlı
kətəbələrdə 1233 hicri tarixi vardır.
Xalçada rəng tərtibatı ənənəvi qanunauyğunluqla və yüksək pe­şə­karlıqla həll edi-
lib.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...76