48
Xalçanın bədii quruluşu çox zəngin ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Sürməyi yerlikli ara sahənin əsas bəzəyi iki mavi yerlikli və bir qırmızı yerlikli
göldən ibarətdir. Göllərin kənarları diliklidir. Göllərin içə­risində kənarları qarmaqlı
olanmedalyonlar yerləşdirilib. Medalyo­nun içərisində şahmat düzülüşlü elementlər
işlənmişdir. Bu ele­ment­lər ağ və tünd-qəhvəyi rənglərlə işlənib.
Ara sahənin boşluqlarında kənarları qarmaqlı yarımçıq medalyonlar, sünbülə
bənzər motivlər, səkkizbucaqlı medalyonlar, kənarları pil­ləli rombşəkilli elementlər,
stilləşmiş kişi-qadın fiqurları, “qoşabuynuz”, “dörd ünsür”, dördləçəkli, altıləçəkli
güllər və digər elementlər təsvir edilib.
Ara sahənin yuxarı hissəsindəki medalyonun üstündə, dördbucaqlı kətəbənin
içərisində “daraq” elementi vardır. “Daraq” elementinə Azər­baycan dekorativ-
tətbiqi sənətinin müxtəlif növlərində rast gə­linir. Bu element mənəvi paklığa bir
işarədir.
Xalçanın ağ yerlikli haşiyəsi Şirvan xalçaları üçün səciyyəvi olan, “hörük” adlan-
dırılan haşiyə motivləri ilə bəzədilib. Bu motivlər qır­mızı, mavi, tünd-yaşıl, sarı,
açıq-qəhvəyi, firuzəyi rənglərlə tərtib edi­lib. Haşiyəni hər iki tərəfdən sarı, zoğalı,
mavi rəngli “Z”şəkilli mo­tivlər işlənmiş mədaxillər əhatə edir.
Şux rəng tərtibatına malik olan bu xalça hər bir kəsdə xoş əhval-ru­hiyyə yarada
bilir.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziy­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...76