50
Yerli toxucular bu xalçanı “Qoşagöl Ərçiman” adlandırır.
Sürməyi yerlikli bu xalçanın ara sahəsində hər cərgədə dörd göl
təsvir edilmişdir.
Ara sahənin yuxarı və aşağı hissəsindəki qoşa göllər mavi, mər­kəzdəki dörd göl
isə zoğalı yerliklidir. Göllərin kənarları diliklər və kvadratşəkilli elementlərlə əhatə
olunub. Mərkəzdəki zoğalı yerlikli medalyonların içərisində “dörd ünsür” motivləri
yerləşdirilmişdir. Rom­b­vari medalyonların kənarlarından ətrafa istiqamətlənən
çiçəkli budaqlar rombşəkilli çiçək çələnginə çevrilmişdir.
Xalçanın ara sahəsinin mərkəzində səkkizbucaqlı medalyonun içə­risində
səkkizguşəli ulduz motivi vardır. Sürməyi rəngli bu ulduz mo­tivi qarmaqlı ele-
mentin içərisində yerləşdirilib. Medalyonun dörd tərəfində üçbucaqlı elementlər
işlənmişdir. Eyni formaya malik olan medalyon dəyişik rənglərlə yuxarı hissədəki
medalyonların arasındakı boşluqda da yerləşdirilmişdir.
Xalçanın ara sahəsinin aşağı və yuxarı hissəsindəki medalyonla­rın üstündə
“qübbə” motivləri təsvir edilmişdir. Zoğalı yerlikli “qüb­bə”lərin kənarları diliklidir.
Diliklər ağ rəngli “su”larla tamamlanır. Ara sahənin boşluqları stilləşmiş kişi-qadın,
heyvan, quş, “daraq”, gül-çiçək, kuzə, dolça və digər klassik elementlərlə dolduru-
lub.
Ağ yerlikli ana haşiyə Şirvan xalçaları üçün səciyyəvi olan klassik ele­mentlərlə
işlənmişdir. Bu elementlərə Şirvanın “Çuxanlı”, Quba qru­puna daxil olan və Sal-
yanda toxunan xalçalarda da təsadüf edilir. Bu elementlər qədim Muğan xalçaları
üçün də xarakterik olmuşdur. Ana haşiyəni zoğalı yerlikli mədaxillər əhatə edir.
Mədaxillər cüzi nə­zərə çarpan üçbucaqlı elementlərlə bəzədilib.
Ara sahəni əhatə edən ensiz haşiyə üçbucaqlı motivlərlə bəzədilib. Ara sahədəki
motivlərin rəngləri ensiz haşiyədəki motivlərdə də tək­rarlanır. Ensiz haşiyə daxildən
“mollabaşı”larla tamamlanır. “Mol­la­ba­şı”lar zoğalı rənglə, kənarları isə ağ rəngli
“su”larla işlən­mişdir.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziy­yəti əladır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...76