38
Sürməyi yerlikli bu xalçanın ara sahəsində rombşəkilli medalyonlar, Şirvan xal-
çaları üçün xarakterik olan kənarları çıxıntılı dörd­bucaqlı, altıbucaqlı, qarmaqlı və
“Kəpənək” adlandırılan elementlər təsvir edilmişdir. “Kəpənək” motivləri xalçanın
əsas ele­ment­­lə­rin­dən hesab olunur. Xalçanın ara sahəsinin yuxarı, aşağı, sağ sə sol
his­sələrində sarı, qırmızı, ağ, sarı-zoğalı, açıq-yaşıl-zoğalı, su­ma­­ğı-açıq-yaşıl, ma-
vi-zoğalı, sumağı-ağ rənglərlə işlənmiş səkkiz­lə­çək­li güllər yerləşdirilmişdir. Ara
sahənin boşluqları müxtəlif ölçülü dördləçəkli, altıləçəkli, səkkizləçəkli çiçəklər,
“S”ə bənzər, “X”ə bən­zər, “nal”şəkilli, bir-birinə əks istiqamətdə birləşdirilmiş üç-
bucaqlar, al­tıguşəli ulduz və digər motivlərlə doldurulmuşdur. Ara sahəni ağ rəngli
diliklər əhatə edir.
Xalçanın ağ yerlikli ana haşiyəsi “hörük” adlandırılan motivlərlə bə­­zədilib. “Hö-
rük” motivləri zoğalı, sürməyi, mavi, tünd və açıq-ya­şıl, sumağı rənglərlə tərtib
edilib. Bu motivlərin üzərində kiçik öl­çü­­lü rombşəkilli, haşiyənin boşluqlarında isə
üçbucaqlı motivlər iş­lənmişdir. Haşiyədəki “hörük” motivlərinin rəngi doldurucu
motiv­lər­də də təkrarlanır.
Xalçanın daxili bala haşiyəsi Şirvan xalçaları üçün xarakterik olan ki­çik ölçülü
klassik elementlərlə bəzədilib. Bu elementlər sumağı, sür­məyi, sarı, ağ, açıq və tünd-
yaşıl, mavi rənglərlə tərtib edilib. Ha­şiyəni içərisində dördləçəkli çiçəklər işlənmiş
mədaxillər əhatə edir.
Xarici bala haşiyədə kiçik ölçülü səkkizbucaqlı, bir-birinə birləşdirilən üçbucaqlı
motivlər təsvir edilib. Daxili bala haşiyədəki motivlərdə iş­lənən rənglər xarici bala
haşiyədəki motivlərdə də təkrarlanır. Xarici bala haşiyənin kənarları “Z” şəkilli
elementlərlə tamamlanır.
Xalça çox zəngin rəng tərtibatına malikdir. Rənglər bir-biri ilə
ənənəvi qanunauyğunluqla uzlaşdırılıb.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...76