34
“Mərəzə” xalçaları müxtəlif kompozisiyalı olurlar.
Bu xalçanın ara sahəsinin kompozisiyası şaquli istiqamətdə bölün­müş enli zo-
laqlardan (rapportlardan) ibarətdir. Bu tipli xalçalar yalnız Mərəzənin xalçaçılıq
məntəqələrində deyil, həmçinin Göylər, Çuxanlı və Nabur kəndlərində də toxun-
muşdur. Bir çox ticarət bazarlarında bu tipli xalçaları səhv olaraq “Qabıstan” ad-
landırırlar. Əcnəbi sənətşünaslar bu kompozisiya ilə toxunan xalçaları “Mərəzəli”
adlandırır.
Xalçanın qırmızı yerlikli rapportlarında altı bütöv və bir yarımçıq “buta” təsvirləri
vardır. Butaların arasındakı boşluqlarda kənarları dilikli yarpaq, stilləşmiş quş və
heyvan təsvirləri verilmişdir. Butaların içərisində kiçik ölçülü rombvari elementlər
və dördləçəkli çiçəklər yerləşdirilmişdir.
Sürməyi yerlikli rapportlarda “Mərəzə” xalçaları üçün səciyyəvi
olan motivlər vardır. Bu motivlər sarı rənglə iş­lənmişdir. Rapportla-
rın boşluqları dilikli yarpaqlar, stil­ləşmiş heyvan və quş təsvirləri ilə
doldurulmuşdur.
Dilikli yarpaqlar qırmızı, mavi, sarı rənglərlə işlənmişdir. Eyni rəng­lər haşiyə
motivlərinin rəng tərtibatında da təkrarlanır. Dilikli yarpaqlar üfüqi istiqamətdə
böyük, şaquli istiqamətdə isə kiçik ölçülüdür. Xalçanın ara sahəsini qırmızı yerlikli
mədaxil əhatə edir. Mədaxillərdə maili istiqamətdə düzülmüş kiçik ölçülü yarpaq-
lar vardır.
Xalçanın qırmızı yerlikli ana haşiyəsindəki motivlər sürməyi yerlikli rapportların
motivləri ilə eynidir. Ana haşiyə dalğavari xətlər işlənmiş mədaxillərlə əhatə olu-
nub. Dalğavari xətlərin boşluqları “dörd ünsür” və “heyvanbaşı” elementləri ilə
bəzədilmişdir.
Xalçanın nisbətən ensiz haşiyəsi “qayçıbalıq” və “şamdan” adlandırılanmotivlərlə
işlənmişdir.
Nisbətən ensiz haşiyə də dalğavari xətlər işlənmiş mədaxillə əhatə olunub. Xalça-
nın kənarındakı mədaxil də digər mədaxillərlə eynidir.
Xalçada rəng tərtibatı qanunauyğunluq prinsipləri əsasında həll edilmişdir. Əsas
rənglər qırmızı, sürməyi və sarıdır. Digər rənglərdən isə nisbətən az istifadə edilib.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...76