40
Xalçanın bədii quruluşu çox zəngin ara sahə və haşiyə hissəsindən
ibarətdir. Sürməyi yerlikli ara sahədə bir-birinin ardınca düzülmüş
“qoşa göl” motivləri təsvir edil­mişdir. Yuxarı və aşağı hissədəki “qoşa
göl”lər zo­ğa­lı, mərkəzdəki dörd göl isə qarışıq rənglərlə tərtib edi­lib.
Göllərin kənarları diliklidir.
Xalçanın ara sahəsinin boşluqlarında göllərin arasında üç medalyon yerləşdirilib.
Bu medalyonlar həm formasına, həm də ölçüsünə görə bir-birindən fərqlənir. Me-
dalyonların arasındakı və xalçanın kə­narlarındakı digər boşluqlar altıbucaqlı, qar-
maqlı, rombşəkilli, “dörd ünsür”, “ox”vari, “nal”şəkilli, stilləşmiş heyvan, quş və
digər mo­tiv­lərlə bəzədilmişdir. Ara sahənin yuxarı və aşağı hissələrində sarı, mavi,
sumağı rənglərlə işlənmiş yarpaq təsvirləri vardır.
Xalçanın ağ yerlikli ana haşiyəsi “hörük” adlandırılan motivlərlə bəzədilib. Bu
motivlərə Şirvan və Quba qruplarına daxil olan əksər xalçalarda rast gəlinir. Ana
haşiyə hər iki tərəfdən zoğalı, mavi rəng­lərlə işlənmiş, “heyvanbaşı” adlandırılan
motivlərlə bəzədilmiş bala ha­şiyələrlə əhatə olunub.
Bala haşiyənin kənarları ağ rəngli “siçandişi”lərlə tamamlanır. Da­xili bala
haşiyə daxildən, xarici bala haşiyə isə xaricdən “ox”vari mo­tivlər işlənmiş ağ
yerlikli mədaxillə əhatə olunub. Xalçanın ana haşiyəsindəki motivlərin rəngi
mədaxillərdəki motivlərdə də tək­rarlanır. Mədaxillərin kənarları ağ rəngli “su”lar
və “siçandişi”lərlə ta­mamlanır. Xalçanın kənar haşiyəsi sarı, ağ, zoğalı, yasəmən
rəngli gül­­lərlə işlənmişdir.
Çox mürəkkəb naxış tərtibatına malik olan bu xalça həmçinin zən­gin rəng
tərtibatına malikdir. Xalçada on bir rəng çalarından istifadə edil­mişdir. Rənglərin
geniş diapazonundan yüksək peşəkarlıqla is­tifadə edilərək, rəng tarazlığı da qanu-
nauyğunluqla saxlanılmış və rən­garəng, göz oxşayan rəng palitrası yaradılmışdır.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziy­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...76