36
Xalçanın qırmızı yerlikli ara sahəsində beş böyük və dörd kiçik ağac təsviri vardır.
Ağaclarda ağ, yaşıl, sürməyi, sarı, mavi rənglərlə işlənmiş “nar” təsvirləri var­dır.
Ara sahənin mərkəzindəki ağac motivinin yuxarı, aşağı, sağ və solunda mavi yer-
likli dördbucaqlı göllərin içərisində “mehrab” təs­vir edilib. “Mehrab”ın kənarları
sürməyi yerlikli haşiyə ilə əhatə olunub. Haşiyədə rombvari elementlər vardır. Bu
elementlər zoğalı, sarı, ağ rənglərlə işlənib. Rombşəkilli elementlərin arasında ağ,
sarı rəngli çiçək təsvirləri vardır. Mehrabın içərisindəki mavi yerlikdə zoğalı, ağ,
yaşıl rənglərlə işlənmiş onaltıləçəkli güllər və buta motivləri təsvir edilmişdir.
Xalçanın ara sahəsini içərisində “qıynaq” adlandırılan elementlər
işlənmiş mədaxil əhatə edir. Toxucular arasın­da bu elementlər “hey-
vanbaşı” da adlandırılır.
Xalçanın sarı yerlikli ana haşiyəsi onaltıləçəkli güllərlə bəzədilib. Haşiyənin
boşluqları rombşəkilli elementlərlə doldurulmuşdur. Ana haşiyə hər iki tərəfdən
içərisində rombşəkilli motivlər işlənmiş bala haşiyələrlə əhatə olunub. Bala
haşiyələrin kənarları ağ rəngli “si­çan­di­şi”lərlə tamamlanır. “Heyvanbaşı”, yaxud
“qıynaq” adlandırılan mo­tiv­lər ağ, sarı, sürməyi, zoğalı, sumağı rənglərlə tərtib edi-
lib.
Xalçada şux rənglərin qanunauyğunluqla uzlaşmasından çox baxımlı bir görünüş
yaradılmışdır.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziy­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...76